Bia.Az

Zaqatalada "41-45" abidəsinin qoruma zolaqının ərazisi ZƏBT OLUNUB - Fındıqcı Əyyub SEX TİKİR...

Bölgə
 12-04-2023, 11:07     2 785

Zaqatalada məmur özbaşınalıgı tugyan edir.

Qaynarxett.az xəbər verir ki, şəhərin girişidə yeləşən "41-45" abidəsinin qoruma zolaqının 6 metir ərazisi zəbt olunmuşdur.

Həmin ərazidə Əyyub adlı şəxs özünə fındıq sexi tikdirir. Görəcən, Zaqatala rayon İcra Hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin bundan xəbəri varmı?

Əyər xəbəri varsa buna necə icazə verib?

Şöbənin böyük mühəndisi Yaşar Kərimovla əlaqə saxlayıb şəhər sakinlərinin şikayətinə aydınlıq gətiriməsi istəyimiz baş tutmadı. Dəfələrlə şöbə ilə telefon əlaqəsi yaratmaq istəsək də cavab verən olmadı.



Şikayətcilərin dediyinə görə binanı tikdirən Əyyub adlı şəxs rayonda "findıq" işi ilə məşguldur. 

Zaqatalada "Fındıq Əyub" ləgəbi ilə tanınan bu adam KİMDİR, bu qanunsuzluqlara kimlər rəvac verib? 

Növbəti sayımızda bu barədə geniş məlumat verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

скачать dle 12.1