Kalın İranda nələr danışıb? – Bəlli oldu

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT – red.) rəhbəri İbrahim Kalının Tehranda İran kəşfiyyat naziri İsmayıl Xatib və Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla nələri müzakirə etdiyi bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşdə PKK və İŞİD məsələləri gündəmdə olub. Həmçinin tərəflər Suriya və Qəzzada atəşkəsi, Fələstin ətrafındakı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, MİT rəhbərinin Tehrana səfəri ABŞ Prezidenti Donald Trampın İranı təhdid etməsi, həmçinin İranın nüvə silahı əldə etməsi ilə bağlı iddiaların artması fonunda gerçəkləşir.