Bia.Az

DTX və XİN məlumat yaydı: Fərid Səfərli belə azad edilib – İlk FOTO

---
 21-01-2025, 01:24     229

İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatında bildirilib.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Məlumata görə, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

“Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.

***16:46

İranda haqsız ittihamlarla həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli dünən azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfər edib, martın 4-dən sonra ondan bir xəbər alınmayıb. Ancaq 2023-ü il iyunun 1-də onun İranda “casusluq” ittihamı ilə həbs edildiyi məlum olub.скачать dle 12.1