Bia.Az

Naxçıvanda şagirdlərə „Hədəf Kursları” MƏCBURİYYƏTİ... - "Hara şikayət etsək də xeyri olmadı..."

---
 17-01-2024, 11:15     96

Naxçıvanda şagirdlər özəl „Hədəf Kursları”nın hər ay orta məktəblərdə təşkil etdiyi sınaq imtahanlarında iştiraka məcbur edilirlər. Hər bir imtahanda iştirakın qiyməti aşağı siniflər üçün 8, yuxarı siniflər üçün isə, şagird başına 12 manatdır. Bundan əlavə, yuxarı sinif şagirdləri hər ay 24 manat ödəyib, iki sınaq imtahanında iştirak etməlidirlər: attestat və blok imtahanları. Bir çox məktəblərdə imtahanda iştirak etməyənlər dərsdən qovulur, bəzilərində isə, başqa üsullarla cəzalandırılırlar. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup müəllim və valideyin məlumat verib.

Onların sözlərinə görə, şagirdlərin imtahanlarda iştirakının məcburi olması ilə bağlı qərarı yerli Təhsil Nazirli qəbul edib. Son dəfə məcburi sınaq imtahanı ötən il dekabrın 27-də keçirilib, növbəti imtahan isə, bu il yanvarın 24-nə təyin olunub.
Şərur rayondakı məktəblərdən birində müəllim işləyən M. Bayramov deyir ki, özəl kursların məktəblərdə sınaq imtahanları keçirməsi qanuna uyğun deyi və burada məqsəd şagirdlərin hesabına pul qazanmaqdır:
„Bu qanunsuz qayda Elxan Nəcəfov nazirliyə müavin təyin olunandan sonra tətbiq olunur. O, bundan əvvəl „Hədəf Kursları”nın Naxçıvan filialında işləyirdi. İndi əlinə imkan keçib, bu kursa qanunsuz pul qazandırır. Eşitdiyimizə görə, hər sınaq imtahanından sonra toplanan pulların müəyyən faizi ona çatır, o da yuxarıdakılarla bölür. Bu səbəbdən bu imtahanlarda iştirakı məcburi edilib. Bu işə də direktorları cəlb ediblər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. Nazirlik monitoriq kurslarının keçirilməsini təşkil etməlidir. Özəl hazırlıq kursları isə, imtahanları öz binasında keçirməlidir, məktəbdə yox. Burada da şagirdlərin iştirakı məcburi yox, könüllü olmalıdır“.
Valideynərdən Nəsibə Cəfərova deyir ki, buna dəfələrlə etiraz etsələr də nəticəsi olmayıb:
“Elxan Nəcəfovun təyinatından sonra direktorlara tapşıraraq verib ki, Hədəf və digər kurslarının məktəblərdə sınaq imtahanlarını keçirilsin. Onlar da bütün şagirdlərə zorla 12 manat ödətdirərək ayda bir dəfə kurslara cəlb edirlər. Bir çox valideynlərin narazılıqlarına baxmayaraq, yenə də uşaqlar sınaq imtahanında pul ödəməyə məcbur olunurlar. Həm şagirdlərə xəbərdarlıq edirlər, həm də valideynlərə zəng edib deyirlər ki, pul verməyənlərin uşaqları məktəbdən qovulacaq. Biz də uşaqlarımızın gələcəyini düşünüb, pulu verməyə məcbur oluruq“.
Şərur rayonun Fizika Riyaziyyat Təmayüllü Liseydə isə “Güvən” nəşriyyatının təşkil etdiyi sınaq imtahanları daha bahadır- 18 manata. Valideynlərdən R. M. deyir ki, qanunsuzluqla bağlı aidiyyəti qurumlara şikayət etsələr də nəticəsi olmayıb:
“Şərur rayon Fizika Riyaziyyat Təmayüllü liseyində “Güvən” nəşriyyatının sınağını 18 manatdan təşkil edil etdi, uşaqlar və valideynlər pulu ödəməy məcbur edildi. Sınaq imtahanlarında iştirak etmək istəməyən, pulu verməyən şagirdləri dərsdən qovaraq, gedib pulu gətirməkləri tələb olundu. Hara şikayət etsək də xeyri olmadı”.
скачать dle 12.1