Bia.Az

Azərbaycanı Rusiya ilə müharibəyə çəkmək, Qafqazı yox etmək – Qorxunc plan necə pozuldu?

---
 15-01-2024, 17:55     105

Hazırda dünyanın gündəmində müzakirə olunan mövzulardan biri də ABŞ-ın Ukraynaya yardımı dayandırmasıdır. Bu qərarın elanı dünyada şok effekti yaradıb, çünki Ukraynanı Rusiya kimi nəhəng bir hərb maşını ilə ABŞ toqquşdurub, indi isə kənara çəkilmək yolunu tutub. Bu, Ukraynanın faktiki olaraq parçalanması deməkdir.

Analitiklərin proqnozuna görə, Ukrayna Rusiya və Qərb (ABŞ) arasında bölünəcək. Əksər təhlilçilərin fikri belədir ki, bu hədəf ilk gündən bəlli olub, sadəcə zaman udmaq, münbit şərait yetişdirmək üçün müharibə lazım idi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımının diqqətçəkən məqamları var:

İlyas Hüseynov
“Ukrayna üzərində Rusiyanın mütləq qələbəsi, ərazi bölgüsü, məğlubiyyətlə hansı formada razılaşması, Rusiyanın digər ərazilərlə bağlı işğal nəzəriyyələri də müzakirə olunur. Ukrayna ilə bağlı məsələ öz həllini tapdıqdan sonra Rusiya digər ərazilərə müdaxilə etməyə çəkinəcək. Çünki bu, NATO ilə münaqişələrə səbəb ola bilər. Tərəflər də bunu istəmir. Bu səbəbdən Polşa ilə bağlı da Rusiya bir qədər ehtiyatlı davranacaq. Ukraynaya yardımın edilməməsi onun müdafiəyə keçməsinə, Rusiyanın isə növbəti hücumlarına gətirib çıxara bilər. Ukraynanın məğlubiyyəti Rusiyaya qarşı gedən ölkələr üçün də bir mesajdır”.
Siyasi şərhçi Azər Ayxan müharibə başlamadan öncə bu savaşın Ukraynaya lazım olmadığını bildirib:
“Həmin vaxt ictimai rəy elə idi ki, reallığı söyləyənlər xain elan edilirdi. Amma kütlələrin hay-küyünə fikir vermək lazım deyil. Ona qalsa, həmin o qaragüruh Azərbaycanın da Rusiya ilə toqquşmalı olduğunu deyirdi. Prezident İlham Əliyevin müdrik siyasətçidir. Uzaqgörən dövlət adamıdır. Əksinə, o, Rusiya ilə anlaşmaq yolunu tutdu və beləliklə, bundan həm Azərbaycan qazandı, həm də Rusiya. Bir anlıq təsəvvür edin ki, biz Qərbin təhriki ilə Rusiya ilə müharibə edirik. Düşünmək belə adamı dəhşətə gətirir. İnanın, bu savaş bütün Qafqaz yox edərdi, nəinki Azərbaycanı. O baxımdan da, Cənubi Qafqazın hazırda bu cür təhlükəsiz və əmin həyatı məhz Prezident İlham Əliyevə görədir”.

Azər Ayxan
“Hər zamankı fikrimdə qalıram: Rusiya savaşılacaq ölkə deyil, anlaşılacaq dövlətdir. Bu düstur daha çox onun qonşuları üçün keçərlidir. ABŞ-ın siyasi təhriklərinə aldanıb, ölkəni təhlükələrə atmaq, macəralara yem etmək tarixi cinayətdir. Əminəm ki, bu gün Volodimir Zelenski qədər Qərbi söyən, yamanlayan ikinci bir adam tapılsın. Onu qızışdırıb ortaya saldılar, böyük bir cinayətə sövq etdilər. İndi faktiki Ukrayna yoxdur. Yerlə yeksan edilib. Sual oluna bilər, burda Rusiyanın, Putinin günahı, məsuliyyəti yoxdurmu? Olsa, bu, nəyi dəyişəcək? Rusiya işğalçı dövlətdir. Bunu bilə-bilə bu işğalçı ilə toqquşmaq ağılsızlıq və cinayətdir” – siyasi şərhçi bildirib.
A.Ayxan deyib ki, Ukrayna artıq əvvəlki statusunu qorumaq imkanında deyil:
“Onu bir neçə yerə böləcəklər. Zatən 2014-cü ildən Rusiya bunun əsasını qoyub. Krımın ilhaqı ilə bu proses başlayıb. Faktiki ABŞ, NATO, Aİ Ukraynanı Rusiyanın pəncəsindən qoruya bilmədi. Ya bacarmadı, ya istəmədi…”.скачать dle 12.1