Bia.Az

Putin abırsız, həyasız, qansız, zalım, amansız adamdır - ZƏRDÜŞT ƏLİZADƏ

Siyasət
 16-10-2022, 16:47     185

Putin abırsız, həyasız, qansız, zalım, amansız adamdır. Onun hansısa AŞPA-nın əxlaqi qətnaməsi təsir etmir. Ona yalnız və yalnız Ukrayna ordusunun hərbi qələbələri, Ukrayna zabit və əsgərlərinin qəti hərəkətləri, professor Zalujninin onun zaçot kitabçasına qoyduğu “ne zaçot” sözü təsir etdi və edə bilər. Polkovnik-leytenant Zalujni Putindən imtahan götürdü və yazdı, “ne zaçot”. Bu Putinə təsir edə bilər, vəssalam”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, məqsəd Rusiyanı nəinki strateji dövlət siyahısından, ümumiyyətlə regional dövlətlər siyahısından çıxarmaqdır:

“Rusiyanı diz çökdürməkdir və buna doğru da inamla addımlayırlar. Qərbin bütün bu məqsədlərinə ən böyük köməkliyi də Putin edir.
30 ildir Rusiya talan olunur. 1 trilyon 500 milyon$ Rusiya pulunu aparıb qoyublar qərbə. Bu bilirsiniz nə deməkdir?! Bu Rusiyanın damarına şpris taxıb onu sovurmaqdır. Bununla da o bihal, bihuş olur, büzüşür, amma Rusiya bu vəziyyətdə sanki özünü qəhrəman kimi aparır. Bütün bunlar isə səfeh, ağılsız, cahil, savadsız rus xalqına yeridilən əsatirdir. Siyasi iqtisadi proseslərin əsl mahiyyəti isə ondan ibarətdir ki, Rusiya qərb iqtisadiyyatının “donoru” kimi çıxış edir. 1,5 trilyon az pul deyil, bu Azərbaycanın 30-40 il neft müqavilələrindən əldə edəcəyi məbləğdən 7-8 dəfə çoxdur”.

Əlizadə deyir ki, hazırda Qərbin etdiklərinin əsas məqsədi Rusiyanı “bədnam” etməkdir, daha sonra isə diz çökdürmək:

”Qərb avtomobil şirkətləri Rusiyadan gedəndən sonra avtomobil istehsalı 95-96% aşağı düşüb. Rusiya avtomobil istehsalı qərbdən tədarük olmadan işləyə bilmir.

Radioelektron sənayesində istehsal olunan istənilən məhsulun içərisində qərbdən verilən hissələr var.

Rusiyanın bütün imkanları tükənib və gələcək yaxşı görünümür.

Ümumiyyətlə bir ölkənin mayasında ədalət yoxdursa, qanun işləmir, hakimiyyətində şərəfsiz ünsürlər toplaşıbsa… yəqin yadınızdadır hücum qərarı verilməzdən öncə təhlükəsizlik şurası toplanmışıdı. Bütün dünya bunu gördü də… orada nə qədər cındır, şərəfsiz, miskin insanlar toplaşmışdı. Sifətlərində zərrə qədər də olsun Rusiya dövləti haqqında qayğı, maraq yox idi. Hamısı öz gönünü qoruyurdu. Miskin insanların toplumu, Rusiyanın “ali siyasi sinfinin” yığıncağı idi. İndi də həmin şey davam edir. Rusiyada xalq kölə kimi bir şeydir.

Müharibə başlayanda əhalinin mütləq əksəriyyəti müharibə tərəfdarı idi, elə ki, səfərbərlik elan olundu hamısı əkilməyə, canını qurtarmağa başladı. 700 mindən çox insan qaçıb. Əgər maddi imkanları daha yaxşı olsaydı daha çox insan da qaçardı. Əksəriyyətin heç xarici pasportu yoxdur, cəmi 5-10% insanda bu var. Həyatları da arağı vurub yatmaqdır, bu da onların yaşayışı. Rusiyanın gələcəyini görmürəm”.скачать dle 12.1