Bia.Az

Çin öz vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

Dünya
 16-10-2022, 14:34     179

Çin Xarici İşlər Nazirliyi Ukraynadakı vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Təxliyə işinə Çin səfirliyi kömək edəcək. Çinlilər də ölkəni tərk etməyi gecikdirməməyə çağırılıb.


Xatırladaq ki, fevralın 24-də Çinin Kiyevdəki səfirliyi çarter reysləri ilə Çin vətəndaşlarının Ukraynadan təxliyəsinə başlayıb.

Daha sonra idarə üç gün ərzində ölkədən getmək istəyən sərnişinlərin qeydiyyatını açıb. Oktyabrın 16-da Çində Çin Kommunist Partiyasının 20-ci Konqresi öz işinə başlayıb.

İclasda digər məsələlərlə yanaşı, Rusiya ilə əməkdaşlıq məsələləri də müzakirə olunacaq. (Mənbə: Global times)скачать dle 12.1