Bia.Az

Rusiyada terror aktı: 10-dan çox ölən var

Dünya
 16-10-2022, 00:56     174

Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərindəki hərbi hissədə terror aktının törədildiyini açıqlayıb.

BİA.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Qeyd olunub ki, insidenti MDB ölkəsindən olan 2 nəfər törədib. Adları açıqlanmayan şəxslər məşq zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar.   /modern.az/скачать dle 12.1