Bia.Az

"İran şiə dövləti olsa da, hər zaman ermənilərin yanında olub" - HƏQİQƏTƏN DƏ...

Siyasət
 10-10-2022, 12:38     182

Məzhəblər arası savaşların bir çox səbəbləri elə bu xristianların radikal ifrati katolik, ortodoks qurumların və qrupların, kilsənin yanaşmasına qaynaqlanıb. Burada əsasən siyasi maraqlar olub. Din və yaxud məzhəb olub. Ondan bir vəsilə, bir alət kimi istifadə ediblər. Tarixə nəzər salanda da, bir çox savaşların səbəbinin dini zəmində olduğunu görmüş olarıq.
BİA.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirir ki, bu istiqamətdə bu məsələyə birçox dövlətlər qarışıb.

“Məsələn, Fransa Şərqə baxışında həmişə məzhəb amilindən istifadə edib və bir çox savaşlar da məhz bu səbəblə başlayıb. Son illərdə yenidən buna cəhd edən ölkələr, o cümlədən Fransanın özü olub. Azərbaycan-Ermənistan arasında problemlərin həll edilməsi məsələsində birinci maneə din ayrıseçkiliyidir. Erməni kilsəsi bu din ayrılığından istifadə etməyə çalışır. Əgər Azərbaycan və Türkiyə bizə qarşı təhdidkar mövqedədirsə, bu əsasən xristianlığa qarşı mövqeyin nümayişidir. İran və Ermənistanın münasibətinə nəzər saldığımız zaman və İranın Türkiyəyə, Azərbaycana münasibətinə baxanda biz görürük ki, İran adlanan ölkə sözdə şiədir. Amma buna baxmayaraq o hər zaman xristianlığın yanında olub, xristianlığı dəstəkləyib. Bu ölkə Azərbaycan və Türkiyəyə qarşı isə, hər zaman düşmən mövqedə olub. Bunun da tarixi səbəbləri odur ki, hər zaman başqa bir ölkənn Fransanın Rusyanın və yaxud başqa bir ölkənin təsiri altında bu mövqelər göstəribdir” - deyən ekspert bildirib ki, Azərbaycan dövlətinin diplomatik fəaliyyəti onu göstərir ki, Azərbaycan dövləti bir çox məsələləri burada aşa bilib. O cümlədən, dini toleranslığın mövcud olması və Azərbaycanda hərhansı bir dini azlığa qarşı heç bir halda zorakılığn olmaması onların bütün dini mərasimlərdə iştirak etmələri və çox rahat şəkildə Azərbaycanda fəaliyyət göstərmələri, hətta öz təbliğatlarını apardıqlarının şahidi olmuşuq. Bu, elə bir faktdır ki, Avropa o faktı görməzdən gələ bilməz. Artıq güclü və şəffaf xarici siyasət aparan Azərbaycanın, Azərbaycan-Ermənistan arasında olan problemlərin həll olunması istiqamətində diplomatik, əməkdaşlığa istiqamətlənmiş fəaliyyətləri var. Bu, Avropanın da gözündən qaçmır.

“Bu gün də bəzi Avropa ölkələri var ki, bu tutumdan istifadə edərək, Azərbaycana qarşı bəzi haqsız münasibət nümayiş etdirsinlər. Bu, Fransa və Fransada yaşayan ermənilər, eyni zamanda bəzi kiçik ölkələr bu mövqedə ola bilər. Amma bütövlükdə görürük ki, bu mövqe dəyişib. Azərbaycanın getdikcə güclənməsi və Türkiyənin Avropadakı rolunun əhəmiyyətli bir faktora çevrilməsi, bu məsələdə öz rolunu oynayıb.

30 il Azərbaycan torpaqalrnın işğal altında qalmasında bir fakt da bu idi ki, Avropanın bir çox ölkələri xristianlıq faktorundan Azərbaycan dövlətinə qarşı, Azərbaycanın haqqlı tələblərinə qarşı müqavimət göstərir. Azərbaycanda ermənilər tərəfindən törədilən qırğınları, Xocalı kimi soyqırımı görməzdən gəlir və Ermənistanı haqlı göstərməyə çalışır”,- deyən Sadiq İsabəyli qeyd edib ki, son zamanlar baş verən hadisələrə baxanda demək olar ki, Ermənistanaın taleyi və gələcəyi Türkiyə və Azərbaycandan asılıdır. Ermənistan gərək Türkiyə və Azərbaycanın qoyduğu tələbləri yerinə yetirsin və bölgədə sülhün təmin olunması məsələsində ilk addımları atsın, Azərbaycan dövləti tərəfindən irəli sürülən sülh məsələsində aktiv olsun.

“Çox təəssüf ki, burada İran adlı ölkənin mənfi rolunu görürük. İran şiə dövləti olmasına baxmayaraq, hər zaman ermənilərin yanında olub və onlara göstərdiyi münasibətlə ölkənin göstərdiyi xarici siyasətini tənzimləsin. Rusiyanın Ukraynaya işğal planı, İran adlı ölkənin regionda təxribatçı fəaliyyətləri Azərbaycan və Türkiyə dövlətlərinə münasibətlərə olan təhdidkar fəaliyyətlərə baxanda biz görürük ki, artıq Avropa Birliyi və Avropa zonasından kənarda olan Avropa Birliyinə qoşulmayan ölkələrdə yeni bir dönəm yaşayırlar” - deyə o bildirib.
скачать dle 12.1