Bia.Az

“Qoy, ərəbləri Putin müdafiə etsin...”-ABŞ müdafiə sistemlərini çıxarır

Siyasət
 9-10-2022, 13:13     178

OPEC+-un qalmaqallı qərarından sonra Vaşinqton müdafiə sistemlərini Səudiyyədən və BƏƏ-dən çıxarmaq istəyir

 
OPEK+ gündəlik hasilatı 2 milyon barel azaltmaq qərarı ABŞ prezidenti Co Baydenə noyabrda keçiriləcək aralıq seçkilərdə Demokrat Partiyasına ciddi zərbə vurub. Vaşinqtonun ərəb ölkələrinə hədə-qorxu cəhdləri nəticə vermədi. Moskva və Ər-Riyad ABŞ-ı cəzalandırmaq üçün düşündükləri planı  gerçəkləşdirdilər.
Amerika lideri açıq etiraf edərək bildirib ki, ABŞ-da yanacağın qiyməti OPEC+-un neft hasilatının kvotalarını azaltmaq qərarına görə artmağa başlayıb. “Ərzaq qiymətləri azalmayacaq, qalxacaq. Mən əvvəllər yanacağın qiymətinin azalmasına nail ola bilmişdim, lakin indi ruslar və səudiyyəlilərin etdiklərinə görə bahalaşmağa başlayıb”,- deyə Bayden deyib.

ABŞ isteblişmenti  hesab edir ki, OPEK dünya bazarında neftin qiymətini əhəmiyyətli dərəcədə artırmaqla Rusiyanın bu məhsuldan gəlirlərini artırmağa, Putinə Ukraynadakı müharibəni davam etdirməyə və Qərbin sanksiyalarından yan keçməyə imkan verir.
 “The New York Times” isə yazır ki, Amerika prezidentlərinin Səudiyyə müttəfiqlərindən onların xahişlərini yerinə yetirildiyi günlər geridə qaldı. Nüfuzlu nəşr  artıq Ər-Riyadı Vaşinqtonun düşmənləri olan Pekin və Moskva ilə bir sıraya qoyub.

Vaşinqton da əks-hücuma keçib. OPEC+-un qalmaqallı qərarından sonra ABŞ-ın müdafiə sistemlərinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən çıxarılmasına dair qanun layihəsini müzakirəyə təqdim edilib. Konqresmenlər hesab edirlər ki, Səudiyyə və BƏƏ öz təhlükəsizliyini və neft yataqlarını qorumaq üçün ABŞ-ın Fars körfəzindəki hərbi mövcudluğuna arxalanır. İndi isə ABŞ qoşunları və podratçılarının ABŞ-ın mövqeyini fəal şəkildə sarsıdan ölkələrə bu xidməti göstərməyə davam etməsi üçün heç bir səbəb yoxdur. Konqresmenlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı və BƏƏ Putinə kömək etmək istəyirlərsə, onun müdafiəsinə arxalanmalıdırlar. ABŞ konqresmenləri qanun layihəsinin qəbulundan sonra 9 gün ərzində Səudiyyə Ərəbistanı və BƏƏ-dən bütün hərbi qüvvələri və müasir hərbi texnologiyaları, o cümlədən “Patriot” və Yüksək Hündürlükdə Ərazi Müdafiə Sistemini (THAAD) çıxarmağı təklif edirlər.

Ər-Riyad da öz növbəsində sakit və əminliklə reaksiya verir. Üstəlik, dövlət neft-qaz şirkəti Saudi Aramco, Asiya ölkələri üçün eyni qiymətləri saxlasa da, Avropa üçün ucuzlaşdırsa da, ABŞ üçün neftin noyabr satış qiymətlərini artırıb. “Saudi Aramco» nun rəhbəri Amin Nasser isə bildirib ki, ölkəsi ilə, eləcə də OPEC+ ilə bu gün təhdid dilində danışmaq olmaz.скачать dle 12.1