Arxiv

Oxunub:273 / 28 dek 09:00gundem, hadise

Göyçayda baş verən yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb



Göyçayda baş verən yol qəzasında 3 nəfər ölüb, 5 nəfər yaralanıb

Göyçayda avtomobil qəzasında dünyasını dəyişənlərin və xəsarət alanların adları məlum olub.

Göyçay Mərkəzi rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə zamanı Göyçayın Şahsoltanlı kənd sakini 1961-ci il təvəllüdlü Kərimova Nərgiz Vəlimirzə qızı, Qaraməryəm kənd sakini 1954-cü il təvəllüdlü Aleksandr Xanbutov, İsmayıllının Quşencə kənd sakini 1982-ci il təvəllüdlü Kamilov Fizuli Slavik oğlu dünyasını dəyişib, Şahsoltanlı kənd sakinləri 1958-ci il təvəllüdlü Qəhrəman Yediyarov, onun həyat yoldaşı 1959-cu il təvəllüdlü Rəqibə Yediyarova, 1969-cu il təvəllüdlü İsrafilov Raqib Vəlimirzə oğlu, 1988-ci il təvəllüdlü İsayev Ramin Ələkbər oğlu və 1972-ci il təvəllüdlü Məhluqə İsrafilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Hazırda yaralıların vəziyyəti ağır olaraq qalır.