Bia.Az

Goranboy sakinləri Prezidentə üz tutdular... - MÜRACİƏT

Fakt
 27-07-2022, 12:20     304

Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinləri ölkə rəhbərliyinə
müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan,
xüsusən də suvarma suyu çatışmazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa
su tapammırıq, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu Öndərimizin
bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərəmmirik.
Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız.
Amma Sizin Sərəncamlarınız əsasında və dövlət vəsaiti hesabına qazılan həmin quyular rayonumuzda
əlaltından satılır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahı rayon suvarma sistemləri idarəsində
və rayon icra hakimiyyətində senzuradan keçirilir. Rayon Suvarma sistemləri idarəsi pul aldıqları adamların
adlarını yazırlar və təsdiqlənməsi üçün rayon icra hakimiyyətinə göndərirlər. (rayon camaatı danışır və
hamıya açıqca məlumdur ki, hər quyunun qiyməti 12-15 min manatdır.)
Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən
nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer müəyyən
edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar bizə zəng
vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə qazılacaq-adınız
siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma Sistemləri
idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında (aprel-may aylarında)
qazılacaq.
Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı qeydiyyata
salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma Sistemləri idarəsinə
zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5 quyunun içərisində sizin də
adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə tutlmuş quyunu başqasına
verdilər.(ancaq biz inana bilmirik ki, başçının bu saxtakarlıqdan xəbəri ola. Bu elə rayon suvarma sistemləri
idarəsinin oyunu, saxtakarlığıdır.) Bu il üçün isə 31 quyu göndərilib və burada da ( 31 ədəd quyunun
siyahısında) bizim ərazimizə quyu salmayıb.
Əziz Prezidentimiz.
Gördüyünüz kimi, Goranboyda Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian quyularını özü
kimə istəyir satır-Yezidlik edir.
Burada gizli marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə etdiyiniz, dövlətin büdcəsi
hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan, hətta bu barədə bizə dəfələrlə
aidiyyəti dövlət qurumundan məlumat verilən subartezian quyusunu başqa yerə salırlar ??? -Təbii ki, burda
bir maraq var—o da rüşvət. Və bir də kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır.!!!
Sizdən xahiş edirik ki, bizlərə kömək edəsiniz".

Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...
скачать dle 12.1