Bia.Az

ŞƏHİD ANASI ÖZÜNÜN PREZİDENT TƏQAÜDÜNÜN BİR AYLIQ MƏBLƏĞİNİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRÜB

Gündəm
 27-03-2020, 18:59     298

ŞƏHİD ANASI ÖZÜNÜN PREZİDENT TƏQAÜDÜNÜN BİR AYLIQ MƏBLƏĞİNİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRÜBBərdə sakini şəhid anası Elza Kamal qızı Xəlilova ölkədə ilk olaraq özünün Prezident təqaüdünün bir aylıq məbləğini (300 manat) ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Qeyd edək ki, 1993-cü ilin iyul ayında Ağdam ətrafında gedən döyüşlərdə Elza Xəlilovanın həm həyat yoldaşı Vaqif Xəllov, həmdə böyük oğlu Natiq Xəilov qəhramancasına həlak olub.

Bununla yanaşı ictimaiyyətə müraciət edən Elza Xəlilova bildirib ki, qlobal təhdidə çevrilmiş koronavirusla mübarizədə dövlətin qətiyyətli addımlarını, təhlükəsizlik tədbirlərini əhalinin sağlamlığının qorunmasına Azərabycan Prezidentinin atdığı bütün addımları yüksək dəyələndirir, hər bir ölkə vətəndaşını xüsusəndə şəhid ailələrini, təqaüdçüləri bu aksiyaya qoşulmağa dəvət edir və tövsiyə edir ki, evdə qalmaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, gigiyenik qaydalara, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etsinlər.

ŞƏHİD ANASI ÖZÜNÜN PREZİDENT TƏQAÜDÜNÜN BİR AYLIQ MƏBLƏĞİNİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRÜB
ŞƏHİD ANASI ÖZÜNÜN PREZİDENT TƏQAÜDÜNÜN BİR AYLIQ MƏBLƏĞİNİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRÜB
ŞƏHİD ANASI ÖZÜNÜN PREZİDENT TƏQAÜDÜNÜN BİR AYLIQ MƏBLƏĞİNİ KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRÜB
скачать dle 12.1