Arxiv

Oxunub:162 / 01 may 05:51siyaset

Hakimiyyət İŞİD və Talibanın xaos platformasını necə dağıtdı? - Şok detallar



Hakimiyyət İŞİD və Talibanın xaos platformasını necə dağıtdı? - Şok detallar
















Azərbaycanda İslam Oyunların mayın 12-dən başlanır. Artıq yarışlara 11 gün qalıb

Ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edir.

Yarışların keçiriləcəyi ölkə ilə qonaq gələcək ölkələrin xüsusi xidmət, hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq müqaviləsinin olub-olmamasına baxmayaraq qarşılıqlı şəkildə təhlükəsizlik təmin edilməlidir.

İslam Oyunlarına müsəlman dövlətlərindən gələnlərin terror təşkilatları ilə əlaqəli olub-olmaması, onların bu məsələlərlə bağlılığını araşdırmaq birbaşa həm qrupun təhlükəsizliyini təmin edənlərin, həm də Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşlarının işidir.

Ona görə də bu məsələləri tam şəkildə aydınlaşdırmaq üçün hava limanı daxil olmaqla, yarışların keçirildiyi yerə qədər nəzarət olmalıdır.

Son aylar Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar terrorun qarşısının alınması üçün həyata keçirilən proseslərdir. Amma bu cür beynəlxalq yarışlar zamanı isə xüsusi plan olur.

Bu gün müsəlman Şərqində din pərdəsi arxasında cərəyan edən proseslər həmin coğrafiyada milli dövlətçiliyin sıradan çıxarılması, xaos platformasının formalaşdırılması kimi neqativ nəticələrlə xarakterizə olunmaqdadır.

Ulus.Az xəbər verir ki, həmin coğrafi məkanda beynəlxalq terror şəbəkəsinin elementləri olan terrorçu dəstələrin xidmətlərindən, ilk növbədə, milli dövlətlərin “anarxiya aparatı”na çevrilməsi məqsədilə istifadə edilir.

Bu gün “Cəbhət əl-Nüsra”, “Boko Haram”, “əl-Qaidə”, İŞİD, “Ləşkəri Taiba”, “Taliban” və digər bu kimi təşkilatlar dünyanı təhdid edir.

Bu kontekstdə Azərbaycan da din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu qruplaşmaların diqqətindən kənarda deyil.

Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar yaratmağı planlayanlar olub.

Terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstələr həmişə zərərsizləşdirilib.

Dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə təxribatçı cəhdlər olub.

Müəyyən qərəzli dairələrin ssenariləri və planları əsasında müxtəlif dövlətlərə, cəmiyyətlərə qarşı neqativ imicin formalaşdırılmasına yönəlik hərəkətlər bu kontekstdə ayrıca vurğulanmalıdır.

Şübhəsiz, bu baxımdan, ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq istinad olunan əsas üsullardır.

Ulus.Az xəbər verir ki, bu zaman əsas götürülən məqam vətəndaşla hakimiyyət arasında ziddiyyət yaratmaq, o cümlədən narazı qruplar formalaşdırmaqdır.

Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir.

Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir.

İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür. Şübhəsiz, bundan sonrakı dövrdə hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı alınacaq.

Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir.

Son hadisələrin fonunda isə əminliklə demək olar ki, Azərbaycan dövləti ekstremistlərə və terrorçulara, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi.