Arxiv

Oxunub:143 / 07 fev 09:27sosial

Diqqət!!! Məktəblərdə isti yeməklər veriləcək



Diqqət!!! Məktəblərdə isti yeməklər veriləcək











Təhsil Nazirliyi birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2017-ci ilin aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender keçirir

Keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək. Məktəblər Azərbaycanın müxtəlif bölgələrini əhatə edir.

Təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır.

İddiaçılar tender təkliflərini martın 27-ə kimi tender komissiyasına təqdim etməlidirlər. Təkliflər zərflər açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır.