Arxiv

Oxunub:355 / 25 dek 04:09hadise

Qəzada azərbaycanlı tələbə sağ qaldı, bir neçə dəqiqə sonra başqa qəzada öldü - FOTO/VİDEO



Qəzada azərbaycanlı tələbə sağ qaldı, bir neçə dəqiqə sonra başqa qəzada öldü - FOTO/VİDEO





















Azərbaycanlı tələbə İstanbulda dünyasını dəyişib.

AZ 10 MM 090 Azərbaycan seriyalı "Porche" avtomobilini idarə edən sürücü Fərman Məmmədli Ədirnə istiqamətinə doğru hərəkətdə olarkən bilinməyən səbəblərdən idarəetməni itirərək səkiyə çırpılıb.

Nəticədə 20 yaşlı Fərman Məmmədli sağ qalsa da daha bir qəzanın qurbanına çevrilib. Belə ki, qəza törətdiyi yola reflektor yerləşdirmək istəyən gənc bu zaman qarşıdan gələn 34 NS 6981 seriyalı avtomobilin sürücüsü Yasin S. tərəfindən vurulub. Nəticədə azərbaycanlı tələbə həyatını itirib.

20 yaşlı Fərman Məmmədli İstanbul Aydın Universitetinin inşaat mühəndislik fakultəsində təhsil alırdı.