Bia.Az

Hərbçilərin “qanpulunu” yeyənlər… - HARA GEDİRİK?

Fakt
 26-03-2021, 17:41     553

Gündəmdən düşməyən başlıca qonunun hərbi qulluqçuların sığorta, eldə deyildiyi kimi, “qanpulu haqqı” ilə bağlı olması heç kəsə gizlin deyil. “Qanpulu”nun verilməsinə təhkim edilən sığortaçı Dövlət Sığorta Kommersiya Şirkəti çeşidli fırıldaqlarla Qarabağ qaziləri və şəhidlərin qanpulunu nəzarətedici-yoxlayıcı qurumların – Maliyyə Nazirliyi, prokurorluq, Hesablama Palatasının ortaqlığı ilə elə yeyir ki, dövlətin sosial siyasəti, sığorta təminatı yerə vurulur.

Dövlətin adından hərbi qulluqçuların icbari şəxsi sığortasını həyata keçirən qurum Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta ödənişinin verilməsindən başlıca imtinası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 1997-ci ildə qəbul edilməsi və bu tarixdən qabaq baş verən sığorta hadisələrinə tətbiq ediləbilməzliyi ilə izah olunur. Qanunun qüvvəsinin geriyə şamil edilmədiyini Ədliyyə Nazirliyinin hansısa aktı ilə “əsaslandıran” DSKŞ rəsmilərinin nə sözügedən qanunun qəbul edilməsindən öncə imzalanan normativ hüquqi aktlardan, nə qanunun özündən, nə də ölkənin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Qanunundan -Konstitusiyadan bilgili olması üzə çıxır. Bu bilgisizliyin bilərəkdən edilməsi cinayət məsuliyyəti yaratmaqla yanaşı, bilməyərəkdən edilməsi də məsuliyyətdən azad etmir. Ana Qanunun 149-cu maddəsinin VII hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli 296 -lQ saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; 4-cü maddəsində minimum sığorta məbləğinin 11 min manat olması doğrulanıb. 158 maddəlik “uzun” Konstitusiyanı bir yana qoyaq , cəmi-cümlətanı 11 maddədən ibarət olan , hələ 10-cu maddəsi (“Vergitutma”) 23.11.2001-ci ildə çıxarılan “DSKŞ-nın masaüstü qanunu”ndan dövlət sığorta orqanının bilgisizliyi nədən qaynaqlanır? Əlbəttə, şəhidlərin, qazilərin qanpulunu fırıldaqla yemək hərisliyindən. Korrupsiyanın dərəcəsinə baxın, özgə (şəhid, qazi) qanı (haqqı) ilə nəzarətedici orqanları da “öz haram qanhaqqı”na ortaq edən DSKŞ (keçmiş sədr Məmməd Məmmədov, onun yerinə təyin olunan müavini Avtandil Hacıyev, hüquq və kadr departamentinin müdiri Əfqan Hacıyev və bütün şəxsi heyət) Maliyyə Nazirliyi yanında DSNX-nın ( Dövlət Sığorta Nəzarəti Xidməti, hazırda Dövlət Maliyyə Nəzarəti Xidməti ) necə doyuzdurubsa , xidmətin rəisi (Namiq Xəlilov) , Maliyyə Bazarlarına Nəzarət Xidmətinin rəisi Fəxriyar Cabbarov , İbrahim Alışov və b. Konstitusiya Məhkəməsinin 28.01.2014 tarixli sığorta məbləğinin 11 min manatdan az ola bilməzliyi haqqında qərarına baxmayaraq, hələ də məbləğin 1100 manat, yəni on dəfə az olmasını rəsmi məktublarla bildirirlər. Ombudsman Aparatı, Ədliyyə Nazirliyi və məhkəmə də DSKŞ-nın qanpulu dələduzluğunu müdafiə edir. Konstitusiyaya hörmətsizliyə baxın, dılğır bir şirkət, xidmət Konstitusiya Məhkəməsinin qəti, təfsir oluna bilməz qərarını qarnına uyğun təfsir edir!

Vaxtaşırı şəhidlərə, qazilərə dövlətin az məbləğdə “qanpulu” ayırmasından şikayətlənirik. Gerçəkdə dövlətin yetərincə vəsait ayırmasını qanun doğrulayır, amma dövlət qurumları qanunu icra etməkdən imtina edirlər. Vurğuladığımız qanunun 9-cu maddəsi Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət tətbiq edilməsini doğrulasa da, nəzarətedici qurumlar qarınlarını qanundan başda tuturlar . Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin DSKŞ ilə eyni ofisi bölüşməsi də az şey demir. Qanunun 6-cı maddəsinə 16 dekabr 2014 -cü ildə əlavə olunan 7-ci hissəyə görə, sığortaçı (DSKŞ) sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ( 7 gün ) ödəmədikdə, hər gecikmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 11 min manatın 0, 1 faizinin 11 manat etməsini hesablamaq DSKŞ-ya, Maliyyə Nazirliyinə çətin olsa da, Hesablama Palatasına, hüquq mühafizə orqanlarına çətin olmaz yəqin. Günə 11 manat dəbbə pulunun 365 gün sayı ilə bir ilə 4 mindən 15 manat çox olduğunu ortaya qoyur . Sığorta ödənişinin verilməsinin ortalıq 25 ildir gecikməsini nəzərə alsaq 1997-ci ildən qabaq baş verən sığorta hadisələrinə görə şəhid, qazilərə 100 ( yüz ) min manat sığorta ödənişi verilməlidir.

SIĞORTAÇI DƏBBƏ PULU VERMƏK ƏVƏZİNƏ , MƏBLƏĞİ 10 DƏFƏ AZALDIR. BELƏDƏ DEYİBLƏR, YUMURTLAMADI, YUMURTLAMADI, F ALI DA YEDİ?

Məğrur Bədəlsoyскачать dle 12.1