Bia.Az

Lerikdə evin üstünə qayalar aşıb - İcra Hakimiyyəti

Bölgə
 7-03-2020, 11:50     373

Lerikdə evin üstünə qayalar aşıb - İcra HakimiyyətiBu gün səhər saatlarında Lerikin Çayrud kəndində uçan evin üzərinə dağdakı qayalıqlar və böyük torpaq kütləsi düşüb.

Bunu Trend-ə Lerik rayon icra başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, dağın yamacında 2014-cü ildə inşa edilən iki mərtəbəli evdə yaşayan 4 ailə üzvü dağılmış evin qalıqları altında qalıb:

"Evin ikinci mərtəbəsi tamamilə dağılıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Qalan 3 nəfəri xilas etmişik. Həmin şəxslər kiçik xəsarətlər alıblar, müayinə edilib evə buraxılıblar".

H.Məlikov uçan evin sürüşmə ərazisində tikilmədiyini də söyləyib:

"İndiyədək bu kənddə belə hal qeydə alınmayıb. Uçan evin yaxınlığında 1950-60-cı illərdə tikilən evlər də var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirliyin mütəxəssisləri araşdırma və monitorinq aparmaq üçün rayona ezam olunublar.скачать dle 12.1