Arxiv

Oxunub:328 / 10 avq 13:19sosial, gundem

Pedaqoji rəhbər işçisi işləmək istəyənlər üçün təlimlər başa çatıb



Pedaqoji rəhbər işçisi işləmək istəyənlər üçün təlimlər başa çatıb

Pedaqoji rəhbər işçilər və gələcəkdə pedaqoji rəhbər vəzifədə işləmək istəyən şəxslər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlər başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlimlər Təhsil Nazirliyi ilə əməkdaşlıqda Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti tərəfindən keçirilib.

Təlimlərdə ümumilikdə 180 nəfər iştirak edib. Təlim iştirakçıları müxtəlif istiqamətlər – maliyyə, statistika, təhsil qanunverciliyi və digər müvafiq sahələr üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Təhsil Nazirliyinin sisteminə daxil olan Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə müsabiqə qaydalarına əsasən yekun qiymətləndirmə keçirilib və nəticələrə əsasən təlimdə iştirak edən 180 nəfərdən 110 nəfər növbəti müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Seçim proseslərini uğurla başa vuranların Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində vakant rəhbər vəzifələrə təyinat alması gözlənilir.