Bia.Az

“Ermənistan müharibəni uduzur və çirkin üsullara əl atırlar” - Prezident İlham Əliyev

Gündəm
 8-10-2020, 23:13     299

“Artıq bir şəhər və bir çox kənd işğaldan azad edilib. Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Qarabağ bizim əzəli torpağımızdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk”ə müsahibəsində deyib.

Prezident münaqişənin alovlanmasından danışarkən Ermənistan silahlı qüvvələrinin hücuma keçdiyini və Azərbaycanın bir çox ərazilərini atəşə tutduqlarını bildirib.

İlham Əliyev həmçinin Ermənistanın münaqişə ocağına aid olmayan rayon və şəhərlərə raket zərbəsi endirməsinə toxunub. “Məncə bu, Ermənistan ordusunun acizliyidir. Ballistik silahlarla mülki vətəndaşları hədəf almaq cinayətdir”, - deyə Prezident vurğulayıb.

Ölkə başçısı daha sonra deyib ki, Ermənistan müharibəni uduzur. “Maksimum dərəcədə mülki vətəndaşlara ziyan verdirmək üçün çirkin üsullara əl atırlar. Ən yaxın Tərtər şəhərinə gündə 2 000-ə qədər mərmi atılır. Burada əsas məqsəd mülki vətəndaşlara təhülkəyə yaratmaqdır. Bu bir daha Ermənistanın faşist mahiyyətini göstərir”, - deyə Prezident əlavə edib.

İlham Əliyev Qarabağda Azərbaycan tərəfdən terror qruplarının döyüşməsi barədə İrəvanın əsassız iddialarına da münasibət bildirib: “Guya Azərbaycan və Türkiyə bölgəyə terrorçu qruplar gətirib. Amma buna dair hər hansı fakt yoxdur. 10 gündür ki, ortaya bir fakt qoyulmur”.

Ermənistanın Azərbaycanı Dağlıq Qarabağı işğal etməsi barədə iddialarına gəlincə ölkə başçısı deyib: “Hər halda hər bir ölkə özünü müdafiə etməlidir. Dağlıq Qarabağ bizim bizim toprağımızdır. Bir ölkə öz torpağını necə işğal edə bilər?”.

Prezident bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

İlham Əliyev bəzi beynəlxalq media quruluşlarının Azərbaycana qarşı kampaniya apardığını diqqətə çatdırıb.

“Beynəlxalq media ermənilərin tərəfindədi. Bizə qarşı uzun müddətdir qara piar aparılır”, - deyə o vurğulayıb.

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycan başqa ölkələrin əlində alət olmaq istəmir və olmayacaq.



скачать dle 12.1