Bia.Az

Üç lider bir araya gəldi: Kiyevin qələbəsi mümkündür

Dünya
 12-12-2023, 01:54     286

Latviya və Litva prezidentləri Edqars Rinkeviç və Gitanas Nauseda Estoniya Prezidenti Alar Karisin dəvəti ilə ötən gün Tallinə səfər ediblər.

Axar.az xəbər verir ki, keçirilən görüşdə prezidentlər Ukraynanın münaqişədə qələbəsinin mümkün olduğuna dair fikir bildiriblər, eyni zamanda qarşıdurmanın uzanacağını və buna hazırlaşmağın lazım olduğunu qeyd ediblər.

Baltikyanı ölkələrin liderləri Ukraynadakı münaqişə fonunda təhlükəsizlik təhdidlərini, həmçinin Ukrayna və Moldovanın Avropa Birliyinə daxil olması perspektivlərini müzakirə ediblər.скачать dle 12.1