Bia.Az

“Hizbullah”ın pilotsuz təyyarələri İsrail ordusunun qərargahına hücum edib

Dünya
 11-12-2023, 00:56     309

“Hizbullah” silahlı qüvvələri Livanla sərhəddə İsrail ordusunun mövqelərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

Bu barədə “Hizbullah”ın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“İslam müqavimətinin pilotsuz təyyarələri İsrail ordusunun Yaar qəsəbəsindəki qərargahına və hərbi kazarmalarına hücum edərək, bütün hədəfləri dəqiqliklə vurub”, - deyə məlumatda bildirilib.

Bəyanatda düşmən sıralarında itkilərin olduğu iddia edilir.//Oxu.azскачать dle 12.1