Bia.Az

"Vasmoy bazarı" ilə bağlı VACİB QƏRAR - VİDEO

Cəmiyyət
 9-12-2023, 02:28     473

Bakıda, 8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquqi şəxs "Nəzrin-E" MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov "Xəzər Xəbər"ə bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Nəticədə həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu cür planlı yoxlamalar davam etdiriləcəkскачать dle 12.1