Bia.Az

"Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma..."

Cəmiyyət
 11-11-2023, 11:24     411

“Deyirlər ki, Pərviz Qasımov bura pul xərcləyir, ora pul xərcləyir. Pərvizin nə biznesi var, nə də... Bu dəyirmanın suyu saytlardan gəlir. Başlıq yazırlar, xoşuma gəlmir. Xahiş edirəm, belə şeylər etməyin. Yazırlar ki, sabiq baş nazirin kürəkəni idman yarışında yer tutub. Bunun nə dəxli var? Mən əvvəl də yer tuturdum. Siyasəti musiqiyə qatmaq olmaz...”

Pravda.az xəbər verir ki, bu sözləri keçmiş baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.

“Novruz Məmmədov Azərbaycanın dövlət xadimidir, gözəl insandır, amma məsələləri qarışdırırlar. Saytlara zəng edirsən ki, zəhmət olmasa, özüm haqqında yazın. İndiyə kimi nə etmişəmsə, vallah, özüm etmişəm. Qaynatamın burada heç bir rolu yoxdur...”, - P.Qasımov bildirib.
скачать dle 12.1