Bia.Az

“Sülh müqaviləsi Ermənistan üçün fəlakətin başlanğıcı olacaq”

Cəmiyyət
 7-11-2023, 15:22     329

“Türkiyə-Azərbaycan tandemi Qərbdəki himayədarlarının razılığı ilə tezliklə Sünikə zərbə endirəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddia yerli hərbi ekspert David Camalyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Bakı yalnız bundan sonra sülh müqaviləsi imzalamağı planlaşdırır.

“Bu hərəkətlər çərçivəsində onlar Ermənistandan mümkün qədər çox şey qoparmağa çalışacaqlar. Yalnız bundan sonra sülh sazişi adlanacaq fəlakətli anlaşma (Ermənistan üçün - red.) imzalanacaq. Amma ən pisi məhz bundan sonra başlayacaq” - deyə David Camalyan yerli “Orağır” verilişinin efirində bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi imzalanandan sonra müxtəlif hesablamalara əsasən, 150-600 min azərbaycanlı Ermənistana köçəcək.
“Əgər bu qədər azərbaycanlı Ermənistana gəlsə, müharibə bizim küçələrə və həyətlərimizə sıçrayacaq. Təbii ki, bu, artilleriya və raket qurğularından istifadə edilən müharibə olmayacaq. Azərbaycan öz təhlükəsizliyinə Türkiyə tərəfindən təminat tələb edəcək və bu insanlar tez bir zamanda özlərini daha arxayın hiss edəəklər. Yəni bu, mahiyyət etibarı ilə Ermənistanı daxildən götürmək deməkdir”, - deyə erməni ekspert bildirib.скачать dle 12.1