Bia.Az

Xankəndi paradına sülhməramlılar da qoşulacaq?

Siyasət
 4-11-2023, 13:34     435

Zəfər Günü münasibəti ilə 8 noyabrda Xankəndidə təşkil olunması gözlənilən hərbi paradda Rusiya sülhməramlı kontingentinin hərbçilərinin də iştirak edəcəyi iddiası yayılıb.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.

O, “Noyabrın 8-də Rusiya sülhməramlıları hərbi paradda iştirak edəcək. Azərbaycanın qələbəsi şərəfinə iştirak edəcəksinizmi?” sualına cavab olaraq deyib ki, sülhməramlılar Azərbaycana əks qüvvə kimi deyil, Ermənistanla Azərbaycan arasında vasitəçi qüvvə kimi yerləşdirilib.скачать dle 12.1