Bia.Az

Netanyahu: İsrail Qəzzada atəşkəsə razı olmayacaq

Dünya
 31-10-2023, 01:49     437

İsrailin Baş naziri Binyamin Netanyahu çıxışı zamanı İsrailin Qəzzada atəşkəsə razı olmayacağını bildirib. 

Musavat.com xəbər verir ki, o, İsrailin HƏMAS-la müharibə apardığını qed edib.

İsrailin Baş naziri Binyamin Netanyahunun müraciətindən əsas məqamlar:

"İsrail Qəzzada atəşkəsə razı olmayacaq;

Qəzzadə Həmas girovları arasında 33 uşaq var;

İsrail Qəzzanın mülki əhalisini zərərdən qorumağa çalışır, lakin HƏMAS onların təhlükəsiz əraziyə getməsinə mane olur;

İncil deyir ki, sülhün öz vaxtı, müharibənin də vaxtı var. Bu, müharibə vaxtıdır;

Ən ədalətli müharibələrdə belə, istəmədən mülki itkilər olur;

İsrail Rusiya ilə normal münasibətlər saxlamaq istərdi, lakin Rusiya Federasiyası ilə İran arasındakı əlaqələrdən narahatdır və onların inkişafını diqqətlə izləyir". скачать dle 12.1