Bia.Az

Eskişehirdə Cumhuriyyətin 100 yaşı belə qeyd edildi – FOTO, VİDEO

Cəmiyyət
 30-10-2023, 02:41     413

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi Türkiyənin bütün şəhərlərində təntənəli şəkildə qeyd olundu.

Eskişehirdə Cumhuriyyətin 100 yaşı böyük coşqu ilə qarşılandı, bütün şəhər bayraqlarla və Mustafa Kemal Atatürkün fotoları ilə bəzədildi.
Musavat.com xəbər verir ki, Eskişehir Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən festivalın açılış şousu Köprübaşı adlı mərkəzi meydanda təşkil edildi. 7-dən 77-yə yüzlərlə şəhər sakini bayramı birlikdə qeyd etmək üşün şəhər mərkəzinə axın etdi. Daha sonra Porsuk çayı üzərində "Flyboard Show" nümayiş etdirildi. Bundan əlavə hər il olduğu kimi bu il də Eskişehirlilərin böyük marağına səbəb olan Porsuk axınında “Fənər yürüşü” həyata keçirildi. Tədbirdə həmçinin Türkiyənin Hərbi Orkestrinin konserti də baş tutdu. Ən sonunda Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir atəşfəşanlıqla başa çatdı.
 
Dürrə Həsənova,
Foto və Videolar müəllifindir.
Musavat.com 
  















скачать dle 12.1