Arxiv

Oxunub:798 / 03 okt 11:41gundem

“Azərbaycan Hava Yolları”nın inkişafında Cahangir Əsgərovun yolu



“Azərbaycan Hava Yolları”nın inkişafında Cahangir Əsgərovun yolu


















Cahangir Əsgərov 11 iyul 1950-ci ildə Bakıda anadan olmuşdur

1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.

1996-cı ildən "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorudur.


Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.
Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır.

Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə yaradılmışdır. Respublikamızda beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş və 1999-cu ildə istismara verilmişdir. Cəmi bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır.

Azərbaycanın mülki aviasiyası özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə xüsusi diqqət göstərilir. Regionun nəhəng aviaşirkətinə çevrilmiş “Azərbaycan Hava Yolları” həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir. Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışı da bu hava limanının strateji əhəmiyyətini daha da artırır.

“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur. Dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. Bu baxımdan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün yeni inşa olunan bina mühüm əhəmiyyət kəsb edir. “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, “Azəraeronaviqasiya” İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana və digər texniki otaqlar yerləşir.

Ümumiyyətlə, Azərbaycanda hava nəqliyyatının inkişafı üçün çox böyük işlər görülür. Hava nəqliyyatı hər bir ölkə üçün vacib bir sahədir. Azərbaycanda, deyə bilərəm ki, bu sahədə çox gözəl nəticələr vardır.

Son illər ərzində bizim bütün əsas hava limanlarımız əsaslı şəkildə təmir edilib, yaxud da ki, yeniləri tikilibdir. Gəncə, Naxçıvan, Lənkəran, Yevlax aeroportları yenidən qurulubdur. Eyni zamanda, Qəbələ, Zaqatala aeroportları da tikilmişdir. Yəni altı aeroport tikilmişdir ki, bu gün tam şəkildə bizim tələbatlarımızı ödəyir. Beləliklə, Azərbaycanda uzun illər bundan sonra da hava nəqliyyatının inkişafı üçün gözəl imkanlar yaranır.

Əvvəlki illərdə bu aeroportların vəziyyəti o qədər də ürəkaçan deyildi. Onlar demək olar ki, yarıdağılmış vəziyyətdə idi. Bu gün isə onlar ən yüksək standartlara cavab verir və sərnişinlərə çox gözəl xidmət göstərilir.

Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər Cahangir Əsgərovu hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Cahangir Əsgərovun gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Cahangir Əsgərovun ən qısa müddətdə rəhbərliyi altında "Azərbaycan Hava Yolları" QSC-də görülən böyük işlər və uğurlar göz qabağındandır.