Bia.Az

SON DƏQİQƏ! Növbə prakurorlara və polis rəislərinə CATDI - ŞOK SİYAHI

Gündəm / Hadisə / Cəmiyyət
 6-05-2020, 15:36     146

SON DƏQİQƏ!  Növbə prakurorlara və polis rəislərinə CATDI -  ŞOK SİYAHI
İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır. Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən YAP-çı millət vəkili Siyavuş Novruzov bu fikirləri səsləndirməklə, faktiki olaraq, sözügedən rayonların hüquq-mühafizə orqanlarının rəhbərlərinin də həbsini tələb etmiş olub.
Oxşar fikirlərlə bəzi tanınmış şəxslər, partiya rəhbərləri də çıxış edib.

Bəs S.Novruzovun nəzərdə tutduğu polis rəisləri və prokurorlar kimlərdir?

Beləliklə, icra başçıları həbs olunan rayonlar üzrə prokurorların və polis rəislərinin adlarını təqdim edirik:

1.Yevlax rayonu - sabiq icra başçısı Qoca Səmədov həbs olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Prokuror – Elxan Pənahov.

Polis rəisi – polkovnik Elnur Mehdiyev.

2.Ağstafa rayonu - icra başçısı Nizaməddin Quliyev həbs olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Prokuror – Aslan Surxayev.

Polis rəisi – polkovnik Elsəvər Aslanov.

3.Neftçala Rayonu - icra başçısı İsmayıl Vəliyev həbs olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prokuror – Aydın Əliyev.

Polis rəisi – polkovnik Vüsal Şəbəndiyev.

4.Biləsuvar rayonu - icra başçısı Mahir Quliyev həbs olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prokuror – Camal Bağırov.

Polis rəisi – polkovnik Ələddin Səfərov.

5.İmişli rayonu - icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Prokuror – Baş Ədliyyə müşaviri Valeh Səmədov.

Polis rəisi - polkovnik Füzuli Şıxəliyev.

BİA.azскачать dle 12.1