Bia.Az

Göygöldə Peşə məktəbin direktoru qanunları pozur…-Şikayət

Cəmiyyət
 19-10-2023, 18:46     485

Bu yaxınlarda Turantv.az saytın elektron poçt ünvanına Göygöl rayon  peşə məktəbinin direktoru Kəmalə Nəhmətova haqqında şikayət məktubu daxil olub.Sözügedən həmən məktubu sizə təqdim edirik:

“Sorucarsız ki, nədən bu adı peşə məktəbinin direktoruna həvalə etmisiz?

Bunun səbəbləri var.Baxın aşağı manşetdə gördüyünüz şəkildən aydın olur ki, peşə məktəbinin direktoru Kəmalə Nəhmədova üz qaraltısından başqa bir şeyə yaramır.




Sinif otağında “selfi çəkdirən” direktora, şagirdlər üz çeviriblər bax burdan aydın olur ki, bu direktor üz qaraltısıdır.

Bu xanım maraqlı iş prinsipi və tələbə müəllim münasibətlərinin pozulması qalmaqalı ilə gündəmə gəlib”. Ötən il təyin olunan peşə direktoru işinin öhdəsində qeyri-peşəkar rəftarları ilə gündəmi zəbt edib.

Belə ki, Kəmalə Nəhmədova işlədiyi təhsil ocağında müəllim və tələbə münasibətlərini kobudcasına pozur.

Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsil üzrə Dövlət Agentliyi bundan xəbəri vamı?

Sözü gedən peşə məktəbində valideynlərini itirmiş şəxslər adlarını peşə məktəbinə yazdıraraq, Dövlət Sosial Müdafiə Fonduna arayış apararaq təqaüddən istifadə edirlər.

Bunun qanuni tələb olduğu kimi qeyri-qanuni tələbləridə vardır.

Belə ki, adlarını hər il müxtəlif ixtisaslara, peşə təhsil ocağına yazdıraraq Dövlət Sosial Müdafiə Fondunun maliyyəsindən yararlanırlar.

O şəxslər ki, adları peşə məktəbində gedir hətta bir dəfədə olsun ki, Peşə Məktəbinə ayaq belə basmırlar. Bu da qanun pozuntusudur.

Göygöl Peşə Məktəbindən adının çəkilməsini istəməyin müəllimə bildirir ki, şagirdlər dərsə gəlmədiyi halda aylıq təqaüd alan tələbələrin kartlarının foto şəkillərini götürərək kapital kartlardan hər ayın sonu köçürmələr edirlər.

Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova Jurnalların yazılmasına maneçilik törədir ki, tələbələrə “qayıb” qoyulmasın, dərsi boş buraxan tələbələr jurnalda öz təsdiqini tapmasın.

Peşə Məktəbinin müəlliməsinin bildirdiyinə görə müəllimlərə dərs vəsaitinin verilməsini, məktəbin tədris müdiri həyata keçirir, müəllimlərdən bir aylıq maaşlarını alaraq onlara yüksək dərs saatları verilir.

Digər məlumata görə Peşə Məktəbinə onlayınla qəbul olan tələbələr var ki, onlar digər uzaq rayonlardan gəlməsi mümkünsüz olduğu halda adları peşə məktəbində gedir, təqaüd kartları və bəzilərinin təqaüd kartlarının foto şəkillərini əldə edib pul köçürmələri hər ayın sonu eyni qayda ilə əldə edirlər.

Açıqlama gətirək ki, kapital kartlardan hansı qaydada köçürmələr olur.


Kapital kartın üzərindəki 16 rəqəmli kodu əldə etdikdən sonra digər karta körülməsi nəzərdə tutulur. Bunu çox asant bilmək olar ki, həqiqətən Göygöl rayon Peşə Məktəbində belə hal mövcuddurmu.


Kapital Bankın vasitəsi ilə Peşə Məktəbinin Müəllim və tələbə heyyətinin sıra ilə adlarına aidiyyəti orqan araşdırsa bu hallara rast gəlinər.


Maraqlı iş prinsipi və tələbə müəllim münasibətlərinin pozulması qalmaqalı ilə gündəmə gələn Kəmalə Nəhmədova 25 yaşında direktorluq postuna bu cür layiq görülməsi, gələcəkdə digər qanun pozulmasına göz qırpmadan belə addımlayacaqdır.

Belə bir idarəçilik prezident aparatının, yoxsa Təhsil Nazirliyinin qərarıdı? Bax bu suala aidiyyəti orqanlar özü cavab tapacaqlar.


.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normativ hüquqi aktlar əsasında Peşə Təhsil nizamnaməsi təsdiq edilmişdir.


Heç kim qanundan yüksəkdə dura bilməz. Hamı qanunun aliliyinə hörmət etməlidir.


Göygöl rayon Peşə Məktəbin daxili nizam intizam qaydaları, etik davranış normaları Kəmalə Nəhmədova tətəfindən kobudcasına pozulur.



Çoxları elə zənn edirdi ki, yeni təyin edilmiş Kəmalə Nəhmədova ciddi islahatlara imza atacaq və Peşə Məktəbində müsbətə doğru dəyişiliklər edəcək.


Bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilinə zərbə vurmaq və savadsız cəmiyyətin formalaşmasına nail olmaqdır…


Qaibe TahirqiziRedaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Turantv.azскачать dle 12.1