Bia.Az

ABŞ-dan Türkiyəyə sərt ittiham, Türkiyədən ABŞ-a sərt cavab

Dünya
 16-09-2023, 15:29     716

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin hesabatında respublikanın uşaq alveri işlərində iştirakı və onların silahlı münaqişələrə cəlb edilməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Təəssüf ki, Türkiyənin insan alverinin qarşısının alınması istiqamətində mühüm səylərinə məhəl qoyulmayıb və ABŞ Dövlət Departamentinin 2023-cü il üçün yenilənmiş “İnsan alveri hesabatı”nda uşaq əsgərləri işə götürən ölkələr siyahısına daxil edilib. “Biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bütün beynəlxalq müqavilələrin, o cümlədən BMT çərçivəsində tərəf olan və onları ciddi şəkildə yerinə yetirən ölkəmizə aid uşaqların işə cəlb olunması ilə bağlı bütün ittihamları qətiyyətlə rədd edirik”, - deyə departamentdən bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi “Ankara və Vaşinqton arasında əməkdaşlıq ruhuna yaxşı heç nə gətirməyən bu böhtana layiqli cavab verəcəyini” vəd edib. “Türkiyəyə qarşı bu cür ittihamlar irəli sürməzdən əvvəl PKK terror təşkilatına və onun qolu olan qüvvələrə (PKK/SDF) hərbi və maliyyə dəstəyi verən ABŞ başlanğıc üçün Suriyada və İraqda uşaqları terror fəaliyyətinə zorla cəlb etməsi gerçəkliyinə baxmalıdır. ABŞ hakimiyyətinin öz qənaətlərini əsaslandırdığı informasiya mənbələrinin obyektivliyi ilə bağlı ciddi suallar var”, - deyə məlumatda bildirilir.скачать dle 12.1