Bia.Az

Almaniya qaz təchizatı ilə bağlı xəbərdarlıq etdi

Dünya
 3-09-2023, 02:08     610

Almaniya sakinlərinə gələn qışda ölkənin qaz təchizatı riskləri ilə əlaqədar qənaət etmək tövsiyə edilib.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib.

Qeyd edilib ki, hazırda qaz anbarları 94% dolub və bu, qarşıdan gələn qışa nikbin baxmağa imkan verir.

“Rusiya Cənub-Şərqi Avropaya qaz tədarükünü davam etdirir, lakin bu tədarüklər dayandırılsa, bu bölgənin dövlətləri qaz çatışmazlığı yaşayacaq və digər mənbələrdən tədarükə ehtiyac duyacaqlar. Bu vəziyyətdə Almaniyaya vacib bir rol veriləcək. Rəsmi Almaniya sakinlərini enerjini qənaətlə xərcləməyə, məsələn, qaz istiləşməsini optimal şəkildə tənzimləməyə çağırır”, - Müller vurğulayıb.скачать dle 12.1