Bia.Az

Zeynal Nağdəliyevin işçiləri şikayətçiləri BELƏ AÇIĞA ÇIXARIR... - VƏTƏNDAŞ QƏBULLARI MƏNASIZDIR...

Cəmiyyət
 2-09-2023, 14:06     361

Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevə AÇIQ MƏKTUB ünvanlayıb.

DİA.AZ olaraq vətəndaş müraciətini olduğu kimi təqdim edirik:


"Hörmətli Zeynal müəllim! vətəndaş qəbulunuza son verin. Vallahi və billahi bu qəbullardan heç kəsə fayda filan yoxdur. Tam əksinə, əsəb gərginliyi və zərəri çoxdur. Belə ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun kənd inzibati ərazi nümayəndəsi olan Vüqar Zeynalovdan və Ucar rayon Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Cəbrayıl Tağıyevin fəaliyyəti ilə bağlı 31 avqust 2023 cü il tarixdə günün birinci yarısı Ucar rayon İcra Hakimiyyəti binasında internet üzrindən onlayn qəbul zamanı PA əməkdaşı tərəfindən şikayət və təkliflərim dinlənildikdən sonra məni qəbula yazdığını və 12 sentyabr 2023- cü il tarixdə səhər saat 9 :00 dan Zeynal Nağdəliyevin qəbulunun başlayacağını, Bakı şəhərində qəbulda iştirak edə biləcəyimi bildirdi .
Hə, bax işdə bundan sonra başlandı... Elə həmin günün ikinci yarısında Cəbrayıl Tağıyev “məndən niyə şikayət etmisən adminstarsiyaya?” deyərək iradlar bildirməyə başladı. Bundan sonra kənd inzibati nümayəndəsi Vüqar Zeynalov kənddə atamın yaşadığı evə gedərək “oğlun niyə şikayətə gedir? Getməsin.” Deyib həyətdən çıxmayıb yaşlı qocanı o qədər əsəb edib ki, axır bezib “yaxşı ay bala çıx get vallah deyərəm qəbula gedib eləməz” deyib.
01 sentyabr 2023 cü tarixdə Ucar rayon İcra Hakimiyyətinə gedərək Cəbrayıl Tağıyevlə görüşüb bu qapıdöymə, qoca narahatetmə kampaniyasına son qoyulmasını xahiş etmək üçün yaxınlaşdım. İcra Hakimiyyətinin həyətində bir saata yaxın gün altında saxladıldıqdan sonra həyətə gəldi və bildirdi ki, “rayon başçısı günorta həyətə düşəcək şikayətini ona deyərsən sağol”!
Bax indi sizə deyirəm ay Zeynal Nağdəliyev əvvəla onlayn qəbul otağından Ucar İcra Hakimiyyəti əməkdaşlarının heç biri olmadığı halda oradakı şikayət mövzusundan xəbər tutmaları üçün məhz sizin əməkdaşların lazımsız xəbərvermə qabilliyyətinin nəticəsidir. Mən dərdimi sizə deyəcəkdim. Sizin əməkdaşlar məndən əvvəl rayona deyirlər əks halda buradakılər bu cür özlərinə əl qatmazdılar.


İkincisi Ucar rayon İcra Hakimiyyəti heç kəsin atasının mülki deyil ki, vətəndaşı bir saat gün altında saxladıb sonra günorta hansısa ağaclıqda kolluqda qəbul etsin... Normal fəaliyyət üçün saray boyda binada yekəqarın məmurlara yer olduğu halda vətəndaşa, kəndliyə yer olmur ki, kolluqda, darvaza ağzında, ağac dibində danış görüm nə deyirsən deyib başdan edələr ? Bax indi sizin keçirdiyiniz qəbulun kəramətindəndir ki, onlayn qəbullarınız başlayan gündən bu cür qeyri-adi əndirəbadi vətəndaş ələsalmaları rəsmi qəbul ərkanına çevrilib. Yenə də çox sağolun ki, qəbul qrafikinizi ödənişli əsaslarla etməmisiniz ... İşi o, yerə çatdırmısız ki, döyülmədiyimiz üçün Allaha şükür etməli oluruq ki, qapıdan qovulduq, darvazamız döyüldü, amma özümüz döyülmədik...


İndi ay Zeynal Nağdəliyev Sizin müqəddəs huzurunuza gedib çıxana qədər neçə dəfə təhqir ediləcəyimizin qeyd dəftərin tutmuşuq, görək dərdimizə dərman olacaq PA qəbul qrafiki iki gündə ardıcıl aşağılamalara səbəb olduğu halda ardı neçə gün çəkəcək? Allaha sizə də kömək olsun, bizə də... əgər məsləhət bilirsə, Ucar rayon İcra Hakimiyyətinədə ..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1