Bia.Az

50 min çinli Xankəndidə? Ermənilər rüsvay oldu - Foto

Dünya
 14-08-2023, 14:20     218

Erməni Teleqram kanalları Qarabağda yaranan ərzaq növbələri haqda paylaşım edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, paylaşımda guya Qarabağda insanların çörək almaq üçün növbəyə dayanması və huşlarını itirərək yıxılması əks olunub.

“Faktyoxla Lab” araşdırma apararaq fotonun orijinal olub-olmadığını yoxlayıb.

Məlum olub ki, foto 2014-cü ildə “Röyters”in müxbiri tərəfindən çəkilib. Növbə isə Çinin Jenzou şəhərində tələbələr üçün təşkil olunan əmək yarmarkasında yaranıb.

Sözügedən yarmarkaya 50 minə yaxın tələbə qatılıb.

Bu fakt belə Qarabağdakı ermənilərin guya blokadaya alınması və səfalət içində yaşaması haqda iddiaların tam əsassız olduğunu göstərir.
скачать dle 12.1