Bia.Az

“Gəncə Bazar Store” yerləşdiyi ərazi ilə bağlı iddia – MMC-nin yarım milyon borcu var

Fakt
 8-08-2023, 21:13     618

“Gəncə Bazar Store” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) ilə bağlı Ali Məhkəməyə müraciət edilib.

Qaynarinfo-nun məlumatına görə, Mehdiyev Vaqif Cəbrayıl oğlu “Gəncə Bazar Store”un yerləşdiyi torpaq sahəsinin boşaldılmasını tələb edir. Bunun üçün Ali Məhkəməyə müraciət edilib və işə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qanuni təmsilçisi Mahmudzadə Mahmud Məmmədəli oğlu olan “Gəncə Bazar Store” MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 530 min 584 manat 37 qəpik vergi borcu var.скачать dle 12.1