Bia.Az

Araik o sirri açdı: "Qərb üçüncü ölkədə görüş təşkil etmək istədi, Bakı imtina etdi"

Siyasət
 7-08-2023, 01:24     298

"Qərb üçüncü ölkədə Bakı-Xankəndi görüşünün təşkili üçün səylər göstərdi. Beynəlxalq formata yaxın olduğuna görə təbii ki, bizim tərəfimizdən müsbət cavab gəldi. Azərbaycan isə bu formatdan imtina etdi".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də qalan oyuncaq və qondarma separatçı rejimin başçısı Araik Arutunyan yerli televiziyaya müsahibəsində bildirib.

Arutunyana Qərb və Rusiya platformalarında nə təklif olunduğu soruşulub. Cavabdan sitat: “Birinci mərhələdə onlar heç bir təklif vermirlər, bu dialoqu formalaşdırmağa çalışırlar Azərbaycanın öz tələbləri, öz gündəmi var, bizim də öz gündəmimiz, öz hüquqlarımıza əsaslanan təkliflərimiz var, bunun üçün konkret gündəm müzakirə olunmayıb”.

Bakının Ağdam vasitəsilə humanitar yardım göstərmək təklifinə toxunan Araik Arutyunyan həyasızlıqla “humanitar böhran”ın Azərbaycan tərəfindən yaradıldığını söyləyib.


“Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın (Qarabağdakı erməni azlığı belə adlandırır-red.) hisslərini əks etdirən konsensusa malik olmalıyıq”,-deyə o, qeyd edib.скачать dle 12.1