Bia.Az

32 ilin rəhbərləri

Cəmiyyət
 1-08-2023, 19:40     272

Dövlət müstəqilliyinin bərpasından bəri Azərbaycanda ali vəzifə tutmuş şəxslərin 7-si dünyasını dəyişib.

Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

Müstəqillik illərində 4 nəfər prezident mandatı alıb: Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev (indiki prezident).
Əbülfəz Elçibəy 2000-ci, Heydər Əliyev 2003-cü, Ayaz Mütəllibov 2022-ci ildə vəfat edib.

8 nəfər parlament sədri postunu tutub: Elmira Qafarova, Yaqub Məmmədov (prezident səlahiyyətlərini də icra edib), İsa Qəmbər (bir müddət prezident səlahiyyətlərini də icra edib), Heydər Əliyev (bir müddət prezident səlahiyyətlərini də icra edib), Rəsul Quliyev, Murtuz Ələsgərov, Oqtay Əsədov, Sahibə Qafarova (indiki sədr).

Elmira Qafarova 1993-cü, Murtuz Ələsgərov 2012-ci ildə vəfat edib.

Baş nazir postunda 11 şəxs əyləşib: Həsən Həsənov, Feyruz Mustafayev (baş nazir əvəzi), Rəhim Hüseynov, Əli Məsimli (baş nazir əvəzi), Pənah Hüseyn, Surət Hüseynov, Fuad Quliyev, Artur Rasizadə (iki dönəm), İlham Əliyev, Novruz Məmmədov, Əli Əsədov (indiki baş nazir).
Feyruz Mustafayev 2018-ci, Surət Hüseynov 2023-cü ildə vəfat edib.скачать dle 12.1