Bia.Az

Ermənilər SƏRSƏMLƏYİR: “Hücum edib, Laçın dəhlizini zorla açmalıyıq” – ZİBİLƏ DÜŞMÜŞÜK…

Siyasət
 20-07-2023, 11:33     250

“Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarından sonra onların Qərb proqramını addım-addım irəlilətməyə çalışdıqları nəzərə çarpır. Yəni, Qarabağ statussuz və Rusiya sülhməramlıları olmayan Azərbaycanın bir hissəsidir”.

JAMAZ.İNFO xəbər verir ki, bu sözləri siyasi texnoloq Armen Badalyan deyib.

O bildirib ki,Brüsseldə irəliyə doğru daha bir addım atılıb. “Biz bu addımı onunla qiymətləndirə bilərik ki, Aİ-nin yüksək rütbəli rəhbəri Qarabağın erməni əhalisini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi qeyd edib və Azərbaycandan humanitar yardımını ala biləcəyini qeyd edib. Bundan sonra Ermənistandan Laçın vasitəsilə Qarabağa yox, Ağdamdan Xankəndinə gedən yolla yardımlar daşınacaq”.

Badalyan Laçın dəhlizini açmaq üçün “yol” da fikirləşib. O deyib ki, bunun bir yolu var, o da mitinqlər təşkil etmək və ardından hücumlara başlamaq. “Əvvəlcə mitinqlər təşkil edib, Qarabağdakı rəsmiləri istefaya göndərmək lazımdır. Ardından Qarabağda problemi olan adamı seçmək və onu başa gətirmək lazımdır. Yeni təyin olunan “pörezident” isə güc strukturlarının rəhbərlərini dəyişməli, ardından isə zorla yolu açıb, bütün Laçını nəzarətə götürməlidir”.
P.S. Ermənilər hələ də anlamırlar ki, onların Azərbaycan Ordusuna qarşı döyüşmək imkanları yoxdur. Əksinə, bu gün üzük qaşı kimi, əhatəmizdədirlər. İstənilən təxribata isə ən sərt formada cavab verilir ki, bunun da əyani sübutlarından biri iyunun son günlərində ermənilər də gördülər. İndi bu ağıldankəmlər hansı qüvvə və güc ilə müharibə etmək fikrindədirlər? Əgər 90-cı illərdəki hava başlarında qalısa, o zaman ağıllı olmaları daha məsləhətdir. Çünki indi 90-cı illər deyil.скачать dle 12.1