Bia.Az

Dəhşətli istilər: 120 min il sonra ən yüksək temperatur

Dünya
 16-07-2023, 23:21     323

Hazırda dünya tarixinin ən isti həftəsini yaşayır. Proqnozlara görə, temperatur daha da yüksək ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.

Nəşrin məlumatına görə, iyulda temperaturun 120 min il ərzində ən yüksək olacağı ehtimalı yüksəkdir.

“İyulun 3-dən 10-a kimi dünyada ən isti həftə yaşanıb. Meteoroloqlar bunun son olmadığını deyirlər. Atmosferdəki yüksək karbon qazı və Atlantik okeanı üzərində qeyri-adi güclü külək zolağı artıq hava şəraitinə təsir edib.

Xüsusilə Yunanıstan, İspaniya, İtaliya və Texasda isti dalğaları müşahidə olunub. Bütün Avropada təhlükəli hava şəraiti barədə qırmızı meteoroloji siqnal xəbərdarlığı verilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, eyni zamanda, Xorvatiya və İspaniyada meşə yanğınları tüğyan edir. Bəzi turistik yerlər yüksək temperatur səbəbindən ümumiyyətlə bağlanıb. Keçən həftə Ümumdünya Meteorologiya Təşkilatı qeyd etdi ki, 1850-ci illərdə temperatur ölçmələri başlayandan bəri Yer kürəsində belə bir şey olmayıb.

Ümumdünya Meteorologiya Təşkilatının iqlim xidmətinin direktoru, professor Kristofer Hevitt bunun planet üçün narahatedici xəbər olduğunu bildirib.

Leypsiq Universitetində atmosfer radiasiyası üzrə tədqiqatçı Karsten Qausteyn də bildirib ki, iyulun təxminən 120 min il əvvəl buz dövründən bəri qeydə alınmış ən isti ay olacağı ehtimalı var.скачать dle 12.1