Bia.Az

Laçın yolu bağlandı

Gündəm
 11-07-2023, 13:00     288

İyulun 11-də Dövlət Sərhəd Xidmətinin məlumatı yayılıb.

Qeyd olunur ki, Ermənistanla dövlət sərhədində, Laçından Qarabağa gedən yolun başlanğıcında buraxılış məntəqəsi qurulandan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradılıb: “Lakin Dövlət Sərhəd Xidmətinin əməkdaşları BQXK-ya aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlayıb. İyulun 1-də “Reno” markalı nəqliyyat vasitəsinin salonunda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon; iyulun 3-də “UAZ” markalı nəqliyyat vasitəsinin salonunda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı; iyulun 5-də “İveco” markalı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 litr benzin, “DAF” markalı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 litr benzin aşkar olunaraq saxlanıb.

BQXK-ya xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı həm də BQXK-ya olan etimaddan sui-istifadədir.

Qeyd edilən faktlarla əlaqədar cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti dayandırılıb”.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı rayonları işğal edib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalçı rejimin əlindədir. Həmin ərazilərə və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir.

2023-cü il aprelin 23-də Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında, Malxələf kəndi yaxınlığında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurulub.скачать dle 12.1