Bia.Az

Azərbaycanda olan zəlzələnin sirri: Kimlərə mesaj gəlib?

Cəmiyyət
 4-07-2023, 15:30     636

Xəbər verdiyimiz kimi, Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda zəlzələ olub. Xəzər dənizində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ baş verən zaman Android tipli mobil telefon istifadəçilərinə anında zəlzələ ilə bağlı xəbərdarlıq mesajları gəlib. Xəbərdarlıqda, hətta zəlzələnin neçə bal gücündə olduğu da bildirilib. Maraqlıdır, hələ silkələnmə davam edərkən, telefonlarımıza belə dəqiq məlumat necə, hansı texnologiya vasitəsilə öütürülür?

Məsələ ilə bağlı İT mütəxəssisi Samir Əliyev açıqlamasında bildirib ki, zəlzələ haqqında heç bir proqram dəqiq şəkildə məlumat verə bilməz:

“Zəlzələ təbii fəlakət olduğu üçün onun dəqiq vaxtı və zamanı olmur. Lakin bəzi hallarda məlumat almaq olur. Alimlər tərəfindən müəyyən edilmiş ərazilərdə zəlzələ ölçən cihazlar quraşdırılır. Müxtəlif məlumatlar seysmoqraf cihazlarında bir yerə toplanır. Daha sonra toplanan məlumatlar Google tərəfindən çox sürətli şəkildə hesablanır və cihazlara yönləndirilir”.

Mütəxəssisin sözlərinə görə, zəlzələ haqqında məlumat Google Yer bildirimlər xidməti aktiv olduğu halda gəlir:
“Həmçinin mesaj hər kiçik zəlzələdə gəlmir. Gərək zəlzələ 4,5 bal gücündən çox olsun. 4,5 baldan çox olarsa, telefonlara informasiyalar ötürür. Göndərilən mesajlarda zaman, məsafə və bal fərqləri olur.
Çünki hər bir telefonda saat və yer fərqlidir. Elə vaxt olur ki, ölkə xaricində zəlzələ olarkən bəzi şəxslərə bildirim gəlir. Bu kimin hallar normaldır. Lakin proqram heç bir halda zəlzələ anını deyə bilməz.
 
Ancaq müəyyən müddət sonra bizə məlumat gəlir. Bu da məsafəyə görə dəyişir”.
S. Əliyev əlavə edib ki, əslində iOS istifadəçilərinə də zəlzələ məlumatını göndərmək mümkündür. Amma çox təəssüflər olsun ki, bu xidmət Azərbaycanda işləmir.//Publika.azскачать dle 12.1