Bia.Az

Çingiz Göytürk: “Əhməd Obalıya olan sui-qəsd planlaşdırılmış terror aktıdır...“

Siyasət
 22-05-2023, 14:53     266

“Əhməd Obalı “Günaz TV” yarandıqdan sonra və fəaliyyət göstərdiyi dövrdə dəfələrlə iran İslam Respublikası və ona bağlı olan qüvvələr tərəfindən təhqirə, şantaja, hədə-qorxulara məruz qalıb”.

Bu sözləri Musavat.com-a açıqlamasında Güney Azərbaycandan olan, Finlandiyada yaşayan siyasi şərhçi Çingiz Göytürk Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, milli fəal Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
Çingiz Göytürk qeyd edib ki, xüsusən də son həftələrdə Günay Azərbaycanın Milli Dövlətçilik Şurasının yaradılmasından sonra rejim və panfarsist dairələrə məxsus sosial şəbəkələr, informasiya kanallarında Əhməd Obalının açıq hədəfə çevrildiyi müşahidə olunurdu:
“Göründüyü kimi, həmin dairələr artıq fiziki zorakılıq göstərməkdən belə çəkinmirlər. Bu, fars şovinist dairələrinin Azərbaycan Milli Hərəkatının inkişaf prosesindən, onun nümayəndələrinin fəaliyyətindən, xüsusilə də Əhməd Obalının mübarizəsindən duyduğu təşvişin və düşdüyü çarəsizliyinin açıq təzahürüdür.
Şübhəsiz ki, Əhməd Obalıya olan sui-qəsd planlaşdırılmış terror aktıdır və bu terror aktının arxasında onun uzun illərdir apardığı milli siyasi mübarizədən və onun nəticələrindən qorxuya düşən İran rejimi və onun radikal qüvvələrdir.
Əminəm ki, bu hadisə törədicilərinin gözlədiyi kimi deyil, əksinə, milli hərəkatın hədəflərinə yönəlik Əhməd bəyin və bütün milli hərəkat nümayəndələrinin daha da möhkəm, inamlı irəliləməsinə təkan verəcək. Əhməd bəyə və övladına açıl şəfalar diləyirəm”.
Günaz.TV-nin Bakı ofisinin rəhbəri Araz Obalı bildirib ki, Əhməd Obalının bütün bədəni zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb, qollarını və ayaqlarını hiss etmir.скачать dle 12.1