Bia.Az

“ATA İTTİFAQI”NDA FİKİR AYRILIĞI YARANIB – Sinan Oğan kimi dəstəkləyəcək?

Dünya
 18-05-2023, 01:47     165

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində 5,17% səs toplayaraq bütün diqqətləri üzərinə çəkən Sinan Oğanın ikinci turda kimi dəstəkləyəcəyi böyük maraqla gözlənilir.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəzi mənbələr Sinan Oğanın ikinci turda “Millət İttifaqı”nın namizədini dəstəkləmək istədiyini, “ATA İttifaqı”nda yer alan Zəfər Partiyasının sədri Ümit Özdağın isə onun bu qərarına qarşı çıxdığını iddia edir. 
Ü. Özdağın “Terrora dəstək verən Yaşıl Sol Partiyasının (HDP-red.) yanında olmaram” deyərək, Oğana öz etirazını bildirdiyi deyilir. Qarşıdakı günlərdə “ATA İttifaqı”nın iki əsas siması hesab olunan – Sinan Oğan və Ümit Özdağ arasında bu böhranın daha da böyüyə biləcəyi iddia olunur.
Ancaq bu iddianın həqiqət olduğunu söyləmək çətindir. Çünki milliyətçi və “Atatürkçü” mövqeyi ilə bilinən Sinan Oğan, dəstəkləyəcəyi namizədin terror təşkilatları və onların siyasi qanadları ilə əlaqəsinin olmamasını əsas şərt kimi qoyub. Kamal Kılıçdaroğlunu açıq şəkildə PKK terror təşkiltı və onun siyasi qanadı HDP dəstəklədiyindən, S. Oğanın "Millət İttifaqı”nın namizədini dəstəkləməsi qeyri-mümkün görünür. Bu, Sinan Oğanın siyası gələcəyini təhlükəyə atan addım olar. 
Qeyd edək ki, S. Oğan ikinci turla bağlı bu mesajları verib: “Türkiyənin böhrana girməsinə heç vaxt imkan verməyəcəyik. Bu seçkidə ən stabil mövqe tutan biz olduq. Gələcəkdə də bu mövqeyimizi davam etdirəcəyik. Biz öz münasibətimizi millətimizin mənafeyinə uyğun olaraq təyin edəcəyik. Qarşıda bizi çətin 15 gün gözləyir”.
Jurnalistin:“HDP siyasi sistemdən kənarlaşdırılarsa, Kamal Kılıçdaroğlunu dəstəkləyərəm” ifadəsini işlətmisinizmi? sulına Oğan belə cavab verib: “Xeyr, bu yanlışdır. Biz prinsip ortaya qoyduq. Həmin prinsiplərdən sadəcə biri terror təşkilatları və onların siyasi qanadları ilə araya məsafə qoyulmasıdır. Mən əvvəldən HDP və Hüda Parın siyasətdə olmasının əleyhinə olmuşam. Yeganə şərtimiz bu olsaydı, “Cənab Kılıçdaroğluna, HDP-dən əl çək, gələk” deyərdik. Bu o qədər də sadə məsələ deyil”.
Ümit Özdağ da seçkidən öncə də buna bənzər açıqlama verərək, Kamal Kılıçdaroğlunun HDP-dən dəstək almasını tənqid etmişdi: Kılıçdaroğlu HDP dəstəyi ilə qazana bilər. Amma sonra HDP yerli seçkilərdə Anadoluda böyük bir irəliləyişə nail olar. Bələdiyyələrin böyük bir hissəsini ələ keçirərlər. Terror təşkilatıyla bələdiyyələr arasında əlaqə güclənər. Kılıçdaroğlu bunlara toxunmaz. Bir müddət sonra suriyalıların sıx yaşadığı bölgələrdə qarşıdurmalar yaranar. Daha sonra bu bələdiyyələr birləşərək, münaqişəylə bağlı PKK-dan dəstək tələb edərlər. Ardınca isə Türkiyədə vətəndaş müharibəsi başlayar”.
скачать dle 12.1