Bia.Az

Pensiyaçıların banklara borcu artıb

İqtisadiyyat
 3-05-2023, 16:21     749

Azərbaycanda hər pensiyaçının banklara orta hesabla 775 manata yaxın borcu yaranıb. Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu belə yazır. O qeyd edir ki, 2022-ci ildə pensiyaçılara verilmiş kreditlərin məbləği 863,1 milyon manat olub, bu da 2021-ci illə müqayisədə 27,3 faiz çoxdur: “Beləliklə, 2022-ci ildə bir pensiyaçıya düşən borc məbləği 774,6 manata çatıb, bu da illik 37,2 faiz artım deməkdir.

2022-ci ilin yanvarında yazmışdım ki, “Kapital Bank” pensiyaçı müştərilərini bonus tələsinə salır: “Bankomatdan pensiya çıxaran şəxslərə 100 manat əlavə pul götürmək təklif edilir, bu halda növbəti ayın pensiyasından 106 manat tutulacağı bildirilir. Əlacsız qalan, suya-işığa-qaza, ərzağa və dava-dərmana pul çatdırmayan pensiyaçıların bir çoxu ilk baxışdan cəlbedici olan bu təklifə aldanır, əlavə 100 manat götürür. Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə məsrəflərini və bankın gəlirlərini artırırlar. 100 manat bonus yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və pensiyaçılar pul çəkib tələyə düşür”. O zaman pensiyaçıları aldanmamağa çağırmışdım. Mənim çağırışımı eşitməyən pensiyaçıları tələyə saldılar”.

Rəsmi hesabata görə, 2023-cü il yanvarın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min nəfər pensiyaçı qeydiyyatda olub.
Minimum pensiya 280 manatdır.


Ölkədə kişilər 65, qadınlar 63 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaqскачать dle 12.1