Bia.Az

Qərb Nikolu qorxutdu: milyardların axını dayanır…

Dünya
 14-04-2023, 12:18     225

Martın əvvəlində Almaniyaya səfər edən Nikol Paşinyan Qərb tərəfdaşlarından Rusiyaya paralel ixrac və bank köçürmələrini dayandırmaq və Kremlə iqtisadi sanksiyalardan yan keçməyə kömək etməmək barədə ciddi xəbərdarlıqlar alıb.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadla məlumat yayıb.

“Mənbələrimiz bildirib ki, Paşinyan bu söhbətdən çox təsirlənib və Ermənistana qayıdandan sonra Mərkəzi Bankın sədrini, hökumət üzvlərini və Dövlət Gəlirləri Komitəsinin rəhbərini çağıraraq, ciddi şəkildə bunları dayandırmağı əmr edib. Bu andan etibarən ötən il Rusiya məhsullarına olan tələbatı ödədikləri üçün kifayət qədər dövriyyəsi və gəliri olan erməni şirkətləri bir anda hər şeyi itirdilər. Hətta hava limanında çiplərin və İT texnologiyaları üçün lazım olan aksesuarların Rusiyaya aparılmasının qarşısını almaq üçün ciddi yoxlamalar aparılır. Bir çox şirkət mal almaq üçün ABŞ və Avropaya bank köçürmələri edə bilmir və hər şey dayanıb”, - məlumatda bildirilib.

Nəşrin məlumatına görə, iş adamları Paşinyanı qorxaqlıqda, elə ilk göstərişə itaətkarcasına əməl etmək və heç bir çıxış yolu tapmamaqda ittiham edirlər.


“Üstəlik deyirlər ki, milyardlarla pul artıq ölkənizə daxil olmayacaq və iş adamlarınız çox əziyyət çəkəcək”, - nəşr bildirib.
Qeyd edək ki, Ermənistan Rusiyanın sanksiyaları dəlməsində xüsusi rol oynayır. Bunun nəticəsində Ermənistan qanunsuz olaraq milyardlarla dollar qazanıb. Bu fakt artıq Qərb mediasında da dəfələrlə gündəmə gətirilib.скачать dle 12.1