Arxiv

Oxunub:210 / 07 apr 11:05sosial

Keçmiş müstəntiq dələduzluq etdi: vəzifəsindən uzaqlaşdırıldı - İDDİA



Keçmiş müstəntiq dələduzluq etdi: vəzifəsindən uzaqlaşdırıldı - İDDİA

Göygöl Rayon Prokurorlugunun sabiq müstəntiqi Rövşən Əhmədov dələduzluq faktına görə başlanmış cinayət işi üzrə dindirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, R.Əhmədovdan bir neçə şikayətçi var. O, tutduğu vəzifədən ayrı-ayrı vətəndaşların ondan hüquq-mühafizə orqanlarına şikayətindən sonra uzaqlaşdırılıb.

Belə ki, Baş Prokurorluğa şikayət edən vətəndaşlar bildiriblər ki, R.Əhmədov onlardan külli miqdarda pul alıb. Bundan sonra müstəntiq baş prokuror Zakir Qaralovun əmri ilə sərəncama göndərilib. Fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Sayt məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət edib. "Rövşən Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb. Dələduzluq faktına görə cinayət işi başlayıb. Rövşən Əhmədov şahid qismində dindirilib", - deyə sorğumuzu cavab olaraq bildilib. Qeyd olunub ki, Rövşən Əhmədova hər hansı ittiham irəli sürülməyib. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, Rövşən Əhmədovun adı bir il əvvəl Göygöldə qətlə yetirilən "qara kəmər" ustası Kamal Rüstəmovun qanını batırmaqda hallanıb. Belə ki, müstəntiqin icraatında olan cinayət işinin qeyri-obyektiv aparılması nəticəsində idmançı gənci qətlə yetirən cinayətkar dəstənin iştirakçıları məsuliyyətdən kənarda qalıblar.