Arxiv

Oxunub:137 / 16 mar 08:18siyaset, gundem

Cavid Qurbanovun adamı narazılıq yaradır - Prezidentə müraciət



Cavid Qurbanovun adamı narazılıq yaradır - Prezidentə müraciət
















Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini hwquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən prezident İlham Əliyevə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Sizin gənclərin işlə təmin olunması barədə müvafiq tapşırıqlarınıza Azərbaycan Respublikasının hər yerində əməl edilsə də, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov bir gündə 40 nəfər gənci qanunsuz olaraq işdən çıxarıb. Bu qanunsuzluqdan başqa həm də qansızlıqdır ki, bunu İslam Əsgərov edib. Həmin 40 nəfər gənc Gəncə Lokomotiv deposunda işləyirdilər ki, heç bir nöqsana yol verməmişdilər. Amma əvəzində İslam Əsgərov həmin idarədə yüzlərlə pensiya yaşı keçmiş şəxsi işdə saxlayıb bu günahsız gəncləri işdən çıxartdı.

İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun 1000-dən çox işçisi var.Hər işçinin maşşından ayda pul tutulur, "gecəpulu" adı ilə verilməli olan pullar, məzuniyyət... mənimsənilir. İslam Əsgərovun həyat yoldaşı Biləcəri Deposunda yüksək vəzifəni tutur.Gəncə Lokomotiv Deposundan qanunsuz olaraq işdən çıxarılmış Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu İslam Əsgərovun qanunsuz əməllərindən şikayət etdiyi üçün onun hədəsinə məruz qalıb.İslam Əsgərov şikayətçi Babək Ələkbərova deyib ki, " Hara şikayət etsənizdə mənası yoxdur mənim arxamda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır.Mən onun tapşırığı ilə 40 nəfər gənci işdən çıxarmışam".

Qeyd edim ki, İslam Əsgərov işdən çıxardığı 40 nəfər gəncin valideyinlərini çağırıb onlara hədə-qorxu gəlib ki, övladlarınzı başa salın bir daha mənim barəmdə şikayət etsələr onlara baha başa gələcək, onların telefonlarını dinlətdirirəm"

Qeyd edim ki, İslam Əsgərovun qanunsuz işdən çıxardığı 40 nəfər gənc tam sağlam və məsuliyyətli insanlardılar.Sadəcə olaraq həmin 40 nəfər gənc Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun maaşlardan qanunsuz tutmalarına, məzuniyyət və gecə pullarının mənimsənilməsinə etiraz etdikləri üçü işdən qanunsuz olaraq çıxarmışdı.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm.Cənab Prezident 40 nəfər gənci işdən qanunsuz olaraq çıxarıb onları işsiz qoyan Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun bu əməli sizin siyasətinizə ziddir.Buna görədə İslam Əsgərovun bu korrupsiya əməllərinin araşdırılıb barəsində qanunu tədbirlər görməyinizi sizdən xahiş edirəm".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...