Bia.Az

Dünyanı alt-üst edən ölkə ilə bağlı SENSASİON DETALLAR - az qalıb...

Dünya
 9-03-2023, 18:08     181

Donald Tramp Rusiyanın Ukrayna ərazisinin bir hissəsini ələ keçirməsinə “icazə verməklə” Rusiyanın Ukraynaya qarşı “müharibəsini dayandıra biləcəyini” iddia edib.

Tramp daha əvvəl Rusiyanın genişmiqyaslı işğala başlamasının qarşısını almaq üçün Ukraynanın Krımdan və NATO-dan “əl çəkməli” olduğunu iddia edib.
Trampın iddiaları nədən qaynaqlanır?
Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın böyük siyasətə qayıtmaq niyyəti və yenidən Amerikanın rəhbəri olmaq iddiaları geniş müzakirə mövzusuna çevrilib.
ilyas.jpg (91 KB)
Politoloq vurğulayıb ki, Tramp fəaliyyəti dövründə çılğın hərəkətləri ilə dünya siyasətinə öz damğasını vurdu:
“Hazırda da Rusiya-Ukrayna müharibəsinin qlobal müzakirə mövzusu olduğunu irəli sürərək məhz bu savaş səbəbindən müəyyən daxili elitada nüfuz qazanmağa çalışır. Bununla elektoratın təsir imkanlarına ümid edir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi ilə bağlı baxışların formalaşması da ABŞ daxilində çox mühüm əhəmiyyətə malikdir. Bu gün bütün dünya dövlətləri bu müharibə haqqında düşünür, bu haqda fikirlər irəli sürür. Tramp daha əvvəl də Rusiya ilə bağlı münasibətlərin çox tarıma çəkilməsi, Rusiya ilə maksimum dərəcədə məsafənin formalaşması istiqamətində çıxış edib. Bu gün məhz Ukraynanın ərazi bütövlüyünün qorunması, Krım da daxil olmaqla işğala son qoymaq niyyətləri həm də Trampın geosiyasi baxışlarında yer alır.
Düşünürəm ki, Donald Tramp məhz Co Baydenin bu səpkidə müxtəlif nöqsanlarını, qüsurlarını önə çəkərək həm də daxildə çox gərgin seçkilərin keçirilməsinin səbəbkarı olacaq. Hər zaman olduğu kimi, ABŞ-da seçki proseduruna çox böyük beynəlxalq diqqət var. Respublikaçılarla demokratlar arasında hər zaman gərgin mübarizə gedir. Baydenin seçilməsi bir sıra skeptiklər tərəfindən təsadüf kimi qiymətləndirilsə də, hazırda başlanan müharibənin məntiqi sonluqla başa çatması nöqteyi-nəzərdən ona yeni imkan tanıyacaqlar. Lakin çoxu bu müharibədən bezib. Savaşı dayandırmaq üçün alternativ düşüncəyə, baxışlar sisteminə malik olan şəxsə də meydan verə bilərlər”. скачать dle 12.1