Bia.Az

Sürpriz bahalaşma gəlir? - AÇIQLAMA

Cəmiyyət
 10-05-2024, 11:00     265

Yay mövsümü yaxınlaşdıqca əmlak bazarında qiymət artımı müşahidə olunur.

Belə ki, mövsümlə əlaqədər bağ evlərinin qiymətinin artacağı proqnozlaşdırılır. Ekspertlərin sözlərinə görə, qiymət artımı müvəqqəti xarekter daşıyır. Payıza doğru ucuzlaşma ola bilər. Lakin indiki durumda əmlak bazarında sürpriz sayılacaq qədər qiymət artımı gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya açıqlmasında bildirib ki, hər il may ayından başlayaraq torpaq sahələrinə və fərdi həyət evinə tələbat artır:

“Ölkəmizdə hər il may ayından başlayaraq həyət evlərinə maraq artır. Əvvəlki illərdə əsasən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə həyət evinə maraq daha çox idi. Lakin pandemiya dönəmindən sonra bölgələrdəki həyət evlərinə maraq artıb. Tələbat artdığına görə əmlak bazarında qiymət artımı baş verir”.

Ekspert qeyd edib ki, satışa çıxarılan əmlak sayı kifayət qədər çox olacağından, bazarda ciddi artım gözlənilmir:

“Əmlak bazarında həyət evlərinə əsasən yay aylarında ciddi tələbat olur. Bu, mövsümlə əlaqədər məsələ olduğuna görə konkret nə qədər bahalaşma olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Ancaq ehtimal olunur ki, fərdi həyət evlərində və bölgələrdə 5-10 faiz arasında qiymət artımı baş versin”.
скачать dle 12.1